İranın cənubunda zəlzələ

İranın cənubunda yerləşən Hormozqan vilayətində Rixter şkalası ilə altı bal gücündə baş verən yeraltı təkan nəticəsində vilayətin bəzi bölgələrinin işığı kəsilib.

İranın cənubunda zəlzələ

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Bu gün səhər baş verən güclü zəlzələ nəticəsində bir neçə elektrik dirəyinin süqut etməsinin ardınca Mehran rayonunun İslamabad, Əncirə, Xurçah, Bonkuh və Hersin, həmçinin Bəstək rayonunun bəzi kəndlərində elektrik cərəyanı kəsilib.

Bu gün səhər yerli vaxtla saat altı-üç dəqiqədə yerin on kilometr dərinliyində baş verən güclü yeraltı təkan Hormozqan vilayətinin Kuxerd rayonunun ərazisini titrəyişə salıb. Qırmızı Aypara Cəmiyyətinin dəyərləndirmə dəstələri dərhal hadisə yerinə göndəriliblər.

Hormozqan vilayətinin Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Muxtar Sələhşur deyib ki, aparılmış araşdırmalara əsasən, indiyədək Bəndər-Lengə limanında problem yaşanmayıbdır.

Hormozqan valiliyinin böhranı idarəetmə idarəsinin baş direktoru Mehrdad Həsənzadə də bildirib ki, dərhal hadisə yerinə göndərilən dəyərləndirmə dəstələri ehtimal edilən hər hansı xəsarəti müəyyən etmək üçün bölgəni araşdırmaqdadırlar.

Bəstək rayonunun icra başçısı Vəli Bestan isə bildiribdir ki, indiyə kimi bu zəlzələdə insan tələfatı xəbər verilməyibdir.