İranın Daxili İşlər naziri: "Biz həmişə Azərbaycanla dost olduğumuzu demişik"

Eastnews.org-un verdiyi xəbərə görə, İran Daxili İşlər naziri Əhməd Vahidi İslam Respublikasının qonşu ölkələrlə dostluq əlaqələrinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

O qeyd edib ki, yeni hökumətdə qonşular İran üçün prioritetdir və onlarla dostluq əlaqələrinin genişlənməsi davam edir:

“Qonşuluq siyasəti, yəni bu deməkdir ki, bizim üçün bu məsələ öndədir. Ona görə həmişə qonşu dövlətləri müzakirə və dostluğa çağırırıq. Hamını buna dəvət edirik, ki, indi şərait əməkdaşlıq və inkişaf şəraitidir. İran dövləti və milləti geniş əlaqələrə və yaxşı münasibətləri təmin etməyə həmişə hazır olub”.

Azərbaycan Respublikası ilə bağlı məsələlərlə əlaqədar sualı cavablandıran Vahidi deyib: “Suallar və anlaşılmazlıqlar varsa, diplomatik kanallarla həll ediləcək. Ölkənin Xarici İşlər Nazirliyi bunu izləyir”.

yenivaxt.com