İraq saytı azərbaycanlı ziyarətçilər haqqında məqalə yazıb - Foto

İraq saytı azərbaycanlı ziyarətçilər haqqında məqalə yazıb - Foto

İraq saytı azərbaycanlı ziyarətçilər haqqında məqalə yazıb - Foto

İraqın Kərbəla şəhərindəki “İmam Hüseyn ziyarətgahı” kompleksi idarəsinin rəsmi saytında Kərbəlaya İmam Hüseynin 40 mərasimi olan “Ərbəin” ziyarətinə gedən azərbaycanlı zəvvarlar haqqında maraqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanda tarixən Aşura mərasimlərinə olan bağlılıq, azərbaycanlıların İmam Hüseynə (ə.s.) olan sevgisi və onların İmam Hüseyn üçün necə əza saxladıqları barədə məlumatlar yer alıb. Həmçinin Kərbəlanı ziyarət etmiş azərbaycanlılardan müsahibə alınıb. 

Azərbaycanda məscid axundu olan Şeyx Sadiq adlı ziyarətçi müsahibə zamanı bildirib ki, “İraqa quru sərhədlərinin bağlı olması səbəbilə, Kərbəlanı ziyarət edə bilmək üçün Bakıdan Türkiyəyə, oradan da İraqa səfər etmişik. Lakin, biz azərbaycanlıların qəlbləri İmam Hüseyn eşqi ilə döyündüyünə görə, yolun uzunluğu, əziyyətli olması heç də əhəmiyyətli deyil. Azərbaycanlı Hüseyn aşiqləri uzun illərdir müqəddəs Kərbəlanı, ziyarətə gəlirlər. Hər il Ərbəinə gələn azərbaycanlı zəvvarların sayı 25 minə yaxın olsa da, pandemiya səbəbilə bu il 2500 ziyarətçi var. Əgər fürsət olsaydı 50 min azərbaycanlı bu müqəddəs yeri ziyarətə gələcəkdi”. Şeyx Sadiq onu da qeyd edib ki, “Biz hər il Azərbaycanda, Məhərrəm ayının birindən, ərbəinə qədər İmam Hüseyn (ə.s.) üçün əza saxlayır, məscidlərdə dini ayinlər keçiririk. Məscidlərdə təşkil olunan bu ayinlərə on minlərlə insan qatılır”.

Bütün işlərini buraxıb İmam Hüseynin (ə.s.) sevgisiylə Kərbəlaya gələn taksi sürücüsü Emin adlı ziyarətçi isə bildirib ki, “Mən ilk dəfədir İmam Hüseyni (ə.s.) ziyarətə gəlirəm. Gözümün önündən İmam Hüseynin (ə.s.) başına gəlmiş müsibətlər keçir və göz yaşlarıma hakim ola bilmirəm.”.

Bu il ziyarətçilərin çoxu pandemiya məhdudiyyətləri üzündən yalnız təyyarə ilə, Türkiyə üzərindən keçməklə İraqa gələ biliblər. Bu da yol xərcinin əvvəlki illərlə müqayisədə bir neçə dəfə baha olmasına səbəb olub. Lakin məqalədə qeyd olunduğuna görə, Ərbəin ziyarətində mütləq iştirak etmək istəyən bir qism zəvvarlar, əllərində olan bəzi vacib şeyləri sataraq yol puluna verib ziyarətə gəldiklərini bildiriblər. Məqalə müəllifi, eyni zamanda, azərbaycanlı zəvvarların həddən artıq istiqanlı və mehriban olduğunu da vurğulayıb, “sanki doğma insanlarla görüşürdülər” deyə təəssüratını qeyd edib.

Məqalənin sonunda azərbaycanlı ailələrdə qadınların İmam Hüseynə (ə.s.) necə əza saxladıqları, aşura və ərbəin günlərində yeməklər bişirib ehsan olaraq payladıqları barədə də məlumat öz əksini tapıb.

Onu da qeyd edək ki, zəvvarların qət etdiyi 85-90 kilometrlik yolboyu Azərbaycanın Vətən Müharibəsi şəhidlərinin şəkilləri əks olunan plakatlar yerləşdirilib. 

Bakıvaxtı.az

yenivaxt.com

 

Reaksiyanız Nədir?

like
2
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0
Yazıçı,Jurnalist