İsrail qüvvələri fələstinliləri yaraladı

İsrail qüvvələri fələstinliləri yaraladı

İsrail qüvvələri fələstinliləri yaraladı

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri İordan çayının Qərb sahilində fələstinlilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Qeyd edək ki, fələstinlilər qeyri-qanuni yəhudi yaşayış məskənlərinin salınması əleyhinə etiraz aksiyası keçirirdilər.

İsrail qüvvələrinin güc tətbiq etməsi nəticəsində 5 fələstinli xəsarət alıb, həmçinin çox sayda insan da gözyaşardıcı qazdan xəsarət alıb.

Xatırladaq ki, 1967-ci ildən İsrailin işğalı altında olan İordan çayının Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məntəqəsi salınıb və salınmağa da davam edir. Buraya 400 mindən çox yəhudi köçürülüb.

yenivaxt.com