İxtilaf

Bağışlayan və mehriban Allahın adı ilə
İxtilaf
İnsanların bir-biri ilə söz, əməl və rəftarda ixtilafı bəyənilməyən ictimai əxlaqdır və islam dini müsəlmanları bu xoşagəlməz əxlaqdan çəkindirir. Bəşər tarixi, xüsusi ilə də, islam tarixi, ixtilafın acı nəticələr verdiyinə və ixtilafdan uzaq olmağın insana başıucalıq və qələbə gətirməsinə şahidlik edir.
Xatırlatma:
Allah Quranda buyurur: İnsanlar əvvəldə bir ümmət idilər. Sonra aralarına ixtilaf düşdü 1.
وَ ما كانَ النَّاسُ إِلاَّ أُمَّةً واحِدَةً فَاخْتَلَفُوا
İxtilafın çirkinliyi
İmam Əli (ə) buyurub:
“Məsihilər arasında ixtilaf düşdü. Ey müsəlmanlar! Tezliklə sizin aranızda ixtilaf düşəcəyini görürəm. Necə ki, məsihilər bir biri ilə ixtilaf etdi.2
اِختَلَفَتِ النَّصارى على كذا و كذا ، و لا أراكُم أيَّتُها الاُمَّةُ إلاّ سَتَختَلِفونَ كما اختَلَفوا ، و تَزِيدُونَ علَيهِم فِرقَةً
İxtilafın təsirləri
İmam Əli (ə):
- İxtilaf etmək parçalanmağa səbəb olur3.
سبب الفرقة الاختلاف
- İxtilaf döyüşlərin baş verməsinə səbəb olar4.
الخلف مثار الحروب
İxtilafdan çəkindirmə
Quran Kərimin nurunda :
“Parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər kimi olmayın.” 5
وَ لا تَكُونُوا كَالَّذينَ تَفَرَّقُوا وَ اخْتَلَفُوا مِنْ بَعْدِ ما جاءَهُمُ الْبَيِّنات
Nurani kəlam :
“İslam Peyğəmbəri (s); Bir-birinizlə ixtilaf etməyin.” 6
و لا تختلفو
İxtilafın növləri
İslam Peyğəmbərinin (s) vəfatından və müsəlmanların arasında ixtilaf yarandıqdan sonra, bir yəhudi İmam Əliyə (ə) dedi:
“Peyğəmbərinizi torpağa tapşırmamış onun haqqında ixtilaf edirsiniz? İmam Əli (ə) buyurdu: “Müsəlmanlar öz Peyğəmbəri barəsində ixtilaf etmirlər. Onun canişini məsələsində ixtilafa düşüblər. Siz yəhudilər isə ayağınızı dəryadan quruya qoymamış, öz peyğəmbərinizə dediniz ki, bizim üçün bütpərəstlərin tanrıları kimi tanrılar düzəlt. (Beləliklə öz Allahınız barədə ixtilafa düçar oldunuz.)7
لَمّا قالَ لَه بعضُ اليَهودِ : ما دَفَنْتُم نَبيَّكُم حتّى اخْتَلَفْتُم فيهِ ! ـ: إنَّما اخْتَلَفْنا عَنهُ لا فيهِ ، و لكنَّكُم ما جَفّتْ أرْجُلُكُم مِن البَحرِ حتّى قُلْتُم لنَبيِّكُم : «اجْعَلْ لَنا إلها كَما لَهُمْ ءآلِهَةٌ قالَ إنَّكُمْ قَومٌ تَجْهَلُونَ »»
İxtilafın ziyanları
İslam Peyğəmbəri (s): “Peyğəmbərlərindən sonra ixtilafa düşən camaata, onların batil yolda olanları haqq pərəstlərinə qalib oldular.” 8
ما اختلف أمّة بعد نبيّها إلّا ظهر أهل باطلها على أهل حقّها
- Sizdən əvvəlkilər ixtilafa düşdülər və məhv oldular.9
فَإِنَّ مَنْ كانَ قَبْلَكُمُ اخْتَلَفوا فَهَلَكوا
- Məbada bir-birinizlə ixtilafa düşəsiniz. O halda qəlbləriniz də ixtilafa düşər.10
و لا تختلفوا فتختلف قلوبكم
İmam Əli (ə):
- İki mübəlliğ aralarında ixtilafa düşsələr, onlardan biri azğınlıqdadır.11
ما اختلفت دعوتان إلّا كانت إحداهما ضلالة
- Aralarında münaqişə yarananadək hakimiyyət Bəni Uməyyənin olacaq.12
لا يزال هذا الأمر في بني أميه ما لم يختلف بينهم
- Bir-biri ilə ixtilaf etmək, düzgün işləri də məhv edər.13
الامور المنتظمة يفسدها الخلاف
Xatırlatma:
İmam Əli (ə): “Bir-biri ilə çox ixtilaf etmək, düşmənçilik yaradar.”14
كثرة الخلاف شقاق
İxtilafdan uzaq olmağın əsas amili
İmam Əli (ə): “Nadan sükut etsə, camaatın arasında ixtilaf olmaz.”15
لو سكت الجاهل ما اختلف الناس
- Yunis surəsi, ayə 19.
- Mizanul hikmə c-9.
- Qurərul hikəm c-1.
- Qurərul hikəm c-1.
- Ali İmran surəsi, ayə 105.
- Mizanul hikmə c-3.
- Nəhcül bəlağə hikmət 317.
- Mizanul hikmə c-3.
- Mizanul hikmə c-3.
- Mizanul hikmə c-3.
- Nəhcul bəlağə 183.
- Nəhcul bəlağə 464.
- Qurərul hikəm c-1.
- Qurərul hikəm c-1.
- Mizanul hikmə c-3.
Tərcümə: Elnurə Kərim
Redaktor: Katib