Kəramət günləri

Kəramət günləri
Günlərimizin xoş, gecələrimizi rahat keçirəcəyimiz bu dünyanın ötən zamanı insan ömrünün əsasını təşkil edir. Bir ömürü gecələrsiz, gündüzlərsiz insanın varlığını düşünmək mümkün deyil. Görəsən, zamanın qədir-qiyməti nədir ki, bir insanın əsas varlığına çevrilsin? Heç düşünmək olarmı ki, zaman insanın həyatı, onun varlığı olsun? Şübhəzsiz ki, zaman həm cansızlarda, həm də canlılarda var. Bəs, insanı digər varlıqlardan nə fərqləndirir? Onlar kimi bizdə bu zaman axınında yaşayırıq, onların yaşamı kimi bizimdə yaşamımız var. Bəs bizim yaşamımızla onların yaşamı arasında nə kimi fərq var?
Bəzən belə deyilir ki, şüurlu, düşüncəli yaşayış, bizi digər varlıqlardan fərqləndirən xüsusiyyətdir.Bəzən isə, bu fərqliliyi mənəviyyatda, əxlaqda, müqəddəslikdə görürlər. Bəzən isə, İlahilik və həqiqətə bağlılıq insanın fərqləndirici xüsusiyyəti kimi qeyd edilmişdir. Bunlardan da ötə fikirlər də var. Bu fikrə əsasən, insan zamanın yaradıcısıdır. İnsan zamana varlıq verir, onu qiymətli edir. Çünki, onun yaşadığı zamanı qiymətli edən, elə onun varlığıdır. Sanki, zaman onunla yaşayır, onunla rənglənərək varlıq tapır.
Yuxarıda qeyd edilmiş hər bir fikir, öz-özlüyündə doğru fikirlərdir. Zamana maddi baxmaq, onu maddi bilmək, bir məna daşıdığı halda, zamanı yaratmaq, onu rəngləndirmək, başqa bir məna daşıyır.
Məsumların(ə) həyatına baxdıqda isə, Onların(ə) yaşadıqları zamanı təhlil etdikdə, zamanın necə dəyərləndiyini daha yaxşı başa düşmək olar. Belə ki, Onların(ə) yaşam tərzi, elə bil zamana can vermiş, ona daha da rəng qatmışdır. Onların (ə) yaşamı, sanki zamanı da yaradıb, varlıq verib və hər bir şeydən daha da fərqləndirib.. Çünki, Onların(ə) həyatı, insanı hər şeydən fərqləndirən ömürü yaşayıb, yarada bilmişlər. Bütün insanlar üçün ən gözəl, nümunəvi həyatı bəşəriyyətə hədiyyə etmişlər.
Bu həftə yaşadığımız günlər, kəramətli günlərdir. Dövrün zülmkar hakimiyyətinə qarşı çıxaraq tarix yazan iki müqəddəs şəxsin , dini canları ilə qoruyub saxlamış iki müqəddəs insanın dünyaya göz açdığı on günlük zaman arası kimi qeyd olunan bu günlər, olduqca bərəkətli və nuranidir.
Tarix boyunca bu günlər, müsəlmanlar arasında əziz tutulmuş, öz etiqadlarını təcəssüm etdirərək qəlbən duyduqları məhəbbət və hisslərini Onlara(ə) qarşı ifadə etişlər. Onlardan(ə) buyurulan bir çox kəlamlarda hər bir kəsin istəyini, hacətini yerinə yetirəcəkləri haqda xəbərlər verilib. Onların (ə) yaşayışında da bu özünü biruzə vermişdir. Bir ömür yaşamında bircə dəfə də olsun heç zaman bir kimsəni əliboş öz qapılarından geri döndərməmiş, bir kəsi naümid yarı yolda qoymamışlar, çünki Onlar(ə) pak Əhli-beytin (ə) nurundan idilər.
Hazırladı: KatiB
Yenivaxt.com