Kərbəla yadigarı İmam Baqir (ə)

Məlum olduğu kimi, bir çox hədislərdə məsum İmamların (ə) şəhadət edildiyi qeyd edilmişdir

Kərbəla yadigarı İmam Baqir (ə)
Kərbəla yadigarı

Kərbəla yadigarı İmam Baqir (ə)

Məlum olduğu kimi, bir çox hədislərdə məsum İmamların (ə) şəhadət edildiyi qeyd edilmişdir. İmam Əli (ə)-dan nəql edilmiş bir hədisdə ölüm və şəhadət barədə belə buyurulur:

« إِنَّ أَكْرَمَ‏ الْمَوْتِ‏ الْقَتْلُ وَ الَّذِي نَفْسُ ابْنِ أَبِي طَالِبٍ بِيَدِهِ لَأَلْفُ ضَرْبَةٍ بِالسَّيْفِ أَهْوَنُ عَلَيَّ مِنْ مِيتَةٍ عَلَى الْفِرَاش‏ »

" Ölümdən qaçış yoxdur. Öldürülməyən kəs öz əcəli ilə öləcəkdir. ən yaxşı ölüm isə, öldürülməkdir. And olsun Əlinin canı əlində olan Kəsə, min qılınc zərbəsilə ölmək, öz yatağında canını tapşırmaqdan daha asandır."[1]

Tarixdə, İmam Baqirin (ə) Əməvi hakimiyyəti dövründə yaşadığı və beş zalım xəlifəylə həm müasir olduğu qeyd edilmişdir. İmamın (ə) ömrünün sonlarına yaxın Hişam ibn Əbdülməlikin (105-125 h.q) hakim olduğu və onun İmamla (ə) düşmənçiliyi və amansız rəftarları, O Həzrətin (ə) şəhadəti haqda təsəvvür yaratmağa imkan verir. Olduqca paxıl, amansız, zülmkar olan Əbdülməlik[2], İmam Baqirin (ə) cəmiyyətdəki yüksək nifuzundan narahat idi. O, bir neçə dəfə İmama (ə) qarşı məkrli planlar hazırlasa da buna nail ola bilməmiş, əksinə bu mənfur əməli özünə və Üməyyə övladları hakimiyətinin zərərinə tamamlanmışdır. İmam Baqirin (ə) Şama gətirilməsini əmr etdikdən sonra, O Həzrətlə (ə) üç gün boyunca görüşmür. Nəhayət, İmamın (ə) bir neçə din rəhbərləri ilə qarşılıqlı münazirəsini təşkil edir. Əlbətdə, bu münazirədə  də Hişama yalnız onun hakimiyyətinin rüsvayşılığı qalır. İmam (ə) isə, əhali arasında daha da sevilərək, onların rəğbətinə səbəb olur.[3]

O həzrətin (ə) şəhadəti barədə müxtəlif nəzərlər var:

  1. İmam Baqir (ə), Hişam ibn Əbdülməlikin xilafəti dövründə vəfat etmişdir. Onun (ə) İbrahim ibn Vəlid ibn Əbdülməlik ibn Mərvanın tərəfindən zəhərləndiyi və bu işin Hişam tərəfindən sifariş edildiyi söylənilmişdir.[4]
  2. İbn Şəhr Aşubun nəql etdiyinə əsasən isə, İmamın (ə) İbrahim ibn Vəlidin tərəfindən zəhrlənmişdir[5]. Bu sözü əllamə Məclisi (ə) də təsdiqləmişdir[6].
  3. Bəziləri bu işin elə Üməyyə övladlarının hakimiyyəti tərəfindən edildiyi və O Həzrətin (ə) atası, İmam Səccad (ə) kimi zəhərləndirildiyini bildirirlər[7].
  4. Bəhrani isə, bu şəahdətin Üməyyə övladlarının hakimiyyəti tərəfindən edildiyi və amma, bu işi, başqa bir adamın əli ilə edildiyini qeyd etmişdir[8].

[1]  Ğürər-ül Hikəm və Dürər-ül Kəlim, c.1, səh.444

[2]  İbn Vazeh, Tarix-i Yəqubi, c.3, səh.70

[3]  Məsudi, Muruc-uz Zəhəb, c.3, səh.205

[4]  Şex Abbas Qumi, Muntəh-ül Əmal, c.2

[5]  Muhəmməd ibn Əli Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, c.4

[6] Muhəmməd Baqir Məclisi, Bihar-ül Ənvar, c.46

[7]  Hüseyn Mömin Şəblənci, Nur-ul Əbsar fi- Mənaqib-i Al-in Nəbi-yil Muxtar, c.2

[8]  Mühəmməd ibn Əhməd Bəhrani, Vəfat-i İmam Muhəmməd Baqir (ə), səh.51