Kimdir müqəssir?
Ümm-ül Fəzlin İmam Cavad (ə)-ın şəhadətində əli olduğu halda onun sonradan peşman olması iddia edildiyi halda bəs nə üçün O həzrətin (ə) bədəni 3 gün gizlin saxlanıldı və ona kənizlərinin su verilməsinə mane olundu?

Kimdir müqəssir?
Ümm-ül Fəzlin İmam Cavad (ə)-ın şəhadətində əli olduğu və onun sonradan peşman olması iddia edildiyi halda, bəs nə üçün O həzrətin (ə) nəşi 3 gün gizlin saxlanıldı və ona kənizlərin su verilməsinə mane olundu?
Şiələrin 9-cu rəhbəri, İmam Cavad (ə) 195-ci h.q ilində, Mədinə şəhərində dünyaya göz açmışdır. O Həzrət (ə), atası İmam Rzanın (ə) 203-cü h.q ilində şəhadətindən sonra kiçik yaşında imamətə təyin edilmiş və rəhbərlik vəzifəsini öhdəsinə almışdır.
Abbasi xəlifəsi Məmun, İmam Rzanı (ə) şəhid etdikdən sonra, özünü günahsız göstərmək və O Həzrətin (ə) böyük oğlu İmam Cavadı (ə) nəzarətində saxlmaq qəsdilə öz qızı, yəni Ümm-ül Fəzli Onun (ə) əqdinə keçirdi. İmam Cavadın (ə) Bağdada gətirildikdən sonra nigahın baş tutmasından, Məmunun qızının O Həzrətin (ə) evində xəfiyyə olması artıq məlum idi. Bu səbəbdən İmam Cavad (ə)-ın Mədinəyə qayıtma istəyi Məmun tərəfindən qəbul edilmişdi. Lakin, 220-ci h.q ilində Məmunun ölümündən sonra, Mötəsimin xilafətə keçməsi ilə İmam Cavad (ə) yenidən Bağdada qaytarıldı. Bu dönüş isə artıq İmamın şəhadətə yetirilmə palnının icrası kimi siyasi bir addım hesab olunurdu. O Həzrətin (ə) şəhadəti ilə bağlı bir neçə nəzəriyyə irəli sürülmüşdür.
Məsudi belə yazır: " Məmunun qızı, Ümm-ül Fəzl İmam Cavad (ə)-la Mötəsimin yanına gəldikdən sonra o, İmamı zəhərlədi..."[1]
Bəzi mənbələrin qeydinə görə, İmam (ə) Mötəsimin göstərişi ilə zəhərləndi..[2]
Lakin, bir neçə qeyd edilmiş əlamətdən anlamaq olar ki, İmamın (ə) şəhadəti Mötəsimin göstərişi və Ümm-ül Fəzlin əli ilə həyata keçirilib. Bunlara misal olaraq, ilk öncə Ümm-ül Fəzlin o Həzrətdən (ə) övlad sahibi olmamasını, İmamın (ə) ona etinsızlığını isə ikinci dəlil kimi qeyd edə bilərik. Hətta, bu haqda onun atası, Məmuna ünvanladığı məktubda da qeyd edildiyi məlumdur. Bəzi mənbələrə əsasən Ümm-ül Fəzlin O Həzrətin (ə) şəhadətindən sonra peşimançılıq hissinin yaşaması və ağlaması ilə öz rəftarını açığa çıxması bildirilmişdir.
Şiə əqidəsində olan Təbəri isə belə yazır: " İmam (ə) zəhərləndikdən sonra, bunu hiss edən Ümm-ül Fəzl ağlamağa başladı. İmam (ə) ağlama səbəbini soruşduqdan sonra belə buyurdu: " Allah səni elə bir bəlaya düçar edəcək ki, əlacı tapılmayacaq."[3] Bu səbəbdən, O həzrətin (ə) şəhadətindən sonra Ümmü-ül Fəzlə Mötəsimin sarayından dəyərli hədiyyələrin, bəxşişlərin göndərilməsinə baxmayaraq, o əlacsız bir xəstəliyə tutuldu və hər şeyini onun müalicəsinə xərc etdi. Lakin, faydası olmayan bu cəhdlərdən sonra elə o, bu xəstəliklə də öldü.[4]
Lakin, onun İmamın (ə) cənazəsi yanında dəf çalması, və ya bir neçə gün gizli saxlaması qədim mənbələrdə gətirilməmişdir. Sonda isə, əsl mənbələrdə qeyd olunanlara əsasən onun, İmam Cavad (ə)-ın şəhadətindən sonra, faydası olmayan peşimançılığıdır.
Bu gün münasibətilə, yəni Hz. İmam Cavad (ə)-ın şəhadəti səbəbi ilə başda Aləmlərə höccət olan İmam Zamana (əf) və bütün dünya müsəlmanlarına baş sağlığı veririk. Allah haqqı aşkar etdiyi kimi, onu əsl sahibinə qaytarmaqda bizə də yar olsun.
[1] Məsudi, Əli ibn Hüseyn, Mürucuz Zəhəb, c.3, səh.464
[2] Müstəvi Həmdullah, Tarixdən seçmələr,səh. 206
[3] Təbəri, Muhəmməd ibn Cərir, Dəlail-ul İmam, səh.395
[4] Məclisi, Mühəmməd Baqir, Bihar-ul Ənvar, c.50, səh.10
Hazırladı: KatiB
yenivaxt.com