Kölgə kimi

Kölgə kimi

Adamları kölgə kimi,
 izləyir günahları.
Adam kölgə axtarır,
kölgə də günahkarı.
Bəlkə də bu fani dünya,
kölgəsidi, o kölgəni
Axtaran adamların.

Əldən düşmüş,
bir qoca,
alışdıqca istidən,
kölgəsidi, axtarır sanki,
durub bir yol qırağında.
Olmayıb dərdi yarı.
Nə sirlər var a dünya,
Nə sirrlər qoynunda
Qara torpaqlarında,
Mavi buludlarında.
Bir kimsənin olmadın 
Əzəldən dostu-yarı.
Tapılmadı heç kimsənin,
Qoynunda bəxt açarı.
Yarandığın əzəl gündən,
Sən kölgənisə axtardın,
Kölgə də günahkarı.


     Elsevər Məsimli

      yenivaxt.com