Konfrans

Konfrans

O gün yağışlı bir gün idi.  Əhməd kitabxanadan evə tərəf yola düşüb, piyada hərəkət etdiyi halda, öz-özünə fikirləşməyə başladı.  Görəsən nə üçün bəzi insanlar Allahı inkar edirlər?  Axı Allah bu kainatı yaradıb, bizə can və ruh verib.  Bu sualları özünə verdiyi halda, dərin fikirə getdi.  Bu fikirlərlə evinə çatdı.
Yenə də evdə ağlı bu fikirlərlə məşğul idi, birdən ona zəng gəldi.  Telefonun dəstəyində uşaqlıq dostu Əli, onu şəhərdə keçiriləcək elmi konfransa dəvət edirdi. 
Əli sanki Əhmədin ürəyin oxumuşdu.  
Əhməd bu konfransda iştirak etmək üçün tez mütaliə otağına keçərək, bütün fəlsəfə kitablarını çıxarıb mizin üstünə qoydu.  Hələ konfransa 3 gün var idi.  O demək olar ki, bu üç gün ərzində otaqdan çölə çıxmamalı idi.  Nəhayət həmin gün gəlib çatdı.  Əhməd yavaş-yavaş hazırlıq  görub, yola düşdü və yol gedərkən sankı  daxilindəki bütün suallara cavab tapacağına əmin idi.  Sevincək halda konfrans zalına daxil oldu.  Burada dünyanın bir çox ölkəsindən alimlər var idi.  Bu konfransda hər kəs öz nəzərin deyib və onu isbat etməyə çalışırdı.  Elə bu zaman  orta yaşlı bir nəfər aləmin necə yaranması barədə öz nəzərindən danışmağa başladı.  Onun nəzərinə əsasən maddə əvvəldən var idi və  təsadüf nəticəsində bir araya gəlib və heç bir səbəb onu icad etməmişdir.   Hazır ki, dünyada  səbəbiyyət qanunu yoxdur, sadəcə bir şey baş verirsə, digər şey onun ardınca baş verir.  Misal üçün: yəni göy guruldayırsa, yağış yağmağa başlayır.  Əhməd bu sözlərə qulaq asdığı halda, fikirə getdi.  Axı necə ola bilər ki, təsadüf nəticəsində dünya yaransın və heç bir varlıq onu icad etməsin.  Bu ki, mümkün deyil.  Əhməd fizika elmini yaxşı oxuduğundan, bilirdi ki, maddə özü-özünə hərəkət verə bilməz, başqa bir varlığın ona hərəkət verməsi lazımdır.  Həm də, o varlığın necə olması lazımdır, yenə düşünür, o varlığın bu varlıqdan  daha ustun olması lazımdır, əks halda heç bir şey icad olmaz.  Birdən bir anlıq ağlına belə bir fikir gəldi.  Filosoflar arasında bir qanun var, deyirlər ki, hər yaranmışın bir yaradana ehtiyacı vardır.  Bu qanunu heç bir aqil inkar edə bilməz.  Aləmdə təsadüf deyilən bir şey yoxdur, hər hansı bir səbəb olmasa, nəticə də hasil olmayacaq,deməli bir səbəb var ki, nəticədə hasil olur.  Həm də ardıcıllıq nəzəriyyəsi də, bu da heç də elmi cəhətdən düz deyil, çünki nə çox şey var ki, ikisi də eyni, ya da biraz fasilə ilə baş verir.  Amma heç biri-biri ilə əlaqəsi yoxdur.   Aydındır ki, həkimlər bir xəstənin hansı səbəbdən xəstələnməsini araşdırırlar, əgər heç bir səbəb yoxdursa, niyə araşdırsınlarki?  Bəs nə üçün, alimlər  bu qədər son model cihazlar icad edirlər?  Deməli bir səbəb var və səbəbsiz heç şey baş vermir.  Əhməd  bu fikirlərlə  konfransdan sonra o adama yaxınlaşıb bir neçə sual  vermək qərarına gəldi.  Çünki onun verdiyi nəzər Əhməddə çoxlu sualların yaranmasına səbəb olmuşdu.
Daha Əhməd o biri nəzərlərə qulaq asmadan gözləmə zalında, o adamı gözləməyə başladı.   Birdən o adamın gəlişini görüb, ona yaxınlaşıb, özünü qəzetlərin birində işləyən müxbir kimi təqdim etdi.  Yaxındakı stola əyləşib söhbətə başladılar.  Əhməd ilk əvvəl ağlından keçən suallardan birini bu adama verdi. 
Əgər bir stolun ləvazimatları varsa və heç bir şey onu düzəldib, ərsəyə gətirməsə, o stol  özu- özunü duzəldə bilərmi?  O adam: xeyr oğlum deyərək Əhmədə baxdı.  Yaxşı bəs bir xırda stol özü-özünü yaratma qabiliyyətinə malik deyilsə, necə ola bilər ki, bu boyda kainat özü-özünə hərəkət versin və ərsəyə gəlsin?  O adam Əhmədə baxıb dərin fikirə getdi.  Əhməd yenədə ona baxıb, sizin nəzərinizə əsasən kainat təsadüf nəticəsində yaranıb, əgər belə olsaydı, kainat tez bir zamanda aradan getməzdimi?   Bu necə təsadüfdür ki, günəş həmişə gündüz çıxır?  Çünki  bu kainatın bir yaradanı var, o hakim  sonsuz bir qüdrət sahibidir.  Bütün kamil sifətlər ondan çeşmələnməlidir və heç bir nöqsan onda olmamalıdır.  Məhdud  və maddi, aciz biri olmamalıdır, alim olmalıdır.   Yoxsa yaratdığı bir şeyin başqa bir nəticə verməsi, kainatın sonuna bərabər olması deməkdir.  Mükəmməl olmalıdır, əks halda nəzmlə olan bir aləmi icad edə bilməz.  Düzdür ki,  mən də Allahı yaxşı tanıya bilməmişəm.  Amma sizin nəzərlərlə də razı deyiləm.  O adam Əhmədə baxıb, hər kəsin bir nəzəri ola bilər.  Amma əsl həqiqəti tapmaq üçün axtarmalısan dedi.  Əhməd təəcüblə ona baxıb, fikirə getdi.  Amma bir neçə dəqiqədən sonra, artıq  o adam orda yox idi.  Əhməd əsl həqiqəti necə tapım, maddə də deyib ona baxmaq istəyirdi ki, gördü artıq o adam yoxdu.  Bir anlıq hər tərəfə baxıb, konfrans zalına qaçdı.  Amma konfrans çoxdan bitmişdi.  Bəlkə də konfrans heç olmamışdı.  Əhməd təəcüblə, yəqin məni qara basır deyərək şəhərdən taksiyə oturub   dəniz tərəfə getdi.  Taksidən düşüb, pulunu verdi və birdən taksi sürücüsünə, dayı səncə bu dünyanı Allah yaradıb?  Kişi təəcüblə ona baxıb,oğlum tövbə elə deyə bildi.   Bu nə sözdü danışırsan deyib, indiki bəzi gənclərin halı niyə belə olur deyərək maşını sürüb getdi.  Amma Əhməd bir anlıq taksinin arxasınca baxıb, doğurdanda bu nə sualdı, mən bu kişiyə verdim.   Deyəsən konfransda deyilənlər yavaş-yavaş mənə təsir edir.   Amma yenədə konfransın fikiri ilə dənizə tərəf getdi.  Dənizin kənarında təpədə uzanıb, ğöy üzünə baxaraq sən doğurdan varsan, bəs səni niyə tanımırlar deyərək ağladı.   İşə bax, o kişı deyirdi, dünya öz-özünə yaranıb.  Əhməd bir anlıq özünə gəlib,bəlkə doğurdanda bu kitablar, məni məhv edəcək deyərək dənizə baxdı.  Artıq yorulmuşam, nə qədər kitab oxumaq olar dediyi halda, ayağı təpədən sürüşdü və dənizin içinə düşdü.  Artıq ölümə yaxın olduğunu hiss edib, bir anlıq gün ərzində etdiyi işlərlə bərabər, taksi sürücüsünün dediyi son sözlər onun qəlbini göynətdi.  Sanki özünün etiqadında boşluq olduğunu hiss edib,bir anlıq Allahım mənə rəhim elə dedi.  Amma beynindəki fikirlərlə bərabər, suyun dibinə getdi.  Yenidən gözünü xəstəxanada açdı.   Dostu ilə bərabər, anasını yanında görən zaman, yəqin ölmüşəm deyə bildi.   Dostu onun üzünə gülümsəyərək,hələ ölməmisən bəxtin gətirib ki, sən dənizə düşən zaman, səni o yerin adamları görüblər və xilas ediblər.  Əhməd isə bir anlıq sevinən anasına baxıb,artıq mən geri qayıtmışam və artıq Onu yaxşı tanıyıram deyib gülümsədi.

 

İlahiyyatçı Rəhman Gözəlov

http://yenivaxt.com