Koronavirusa yoluxan şair-jurnalistin durumu AÇIQLANDI

Koronavirusa yoluxan şair-jurnalistin durumu AÇIQLANDI

Koronavirusa yoluxan tanınmış satirik şair, jurnalist Əvəz Qurbanlının son durumu açıqlanıb.

yenivaxt.com saytı Gununsesi.info saytına istinadən xəbər verir ki, bu barədə jurnalistin dostu Məğrur Salmanov “Facebook”da paylaşım edib.

O bildirib ki, şair danışmaqda və nəfəs almaqda çətinlik çəkir:

“Özü ilə danışdım, ciyərlərinin 60 faizində buzlaşma var”.

Qeyd edək ki, Ə.Qurbanlı Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.