Məgər siz aşiq olmamısız?

Məgər siz aşiq olmamısız?

Hər bir zamanın və dövrün ədalətli və vicdanlı şəxsləri olub və O, şəxsə dinindən aslı olmayaraq hər bir şəxs aşiq olub.  İndiki zamanda məhşur olmuş insanlarda, insanların sevgisi əsasında, məhşur olurlar. Halbuki o məşhurların sevənlərinə demək olarmı ki, sevmə! Onlara deməyin hec bir faydası yoxdur.   Misal: müğənni, idmançı, futbolçu, və.s bunlara tay coxlu sənəd sahibləri var ki, onların 20, 30, 40, 50, min fanatları var. Onların bu sevgisi bəzən azalıb, bəzən də yoxluqa gəlib cıxır. Məsələn: ya ölür gedir, onun yerinə ayrı bir sənətçı gəlir və ya bir yalnış nöqsan buraxır ki,onu sevənlərin gözündə sıfıra düşür.
Amma bizim sevdiyimiz şəxs həyatda deyil və bizlər onu hec vaxt görməmişik, nəinki biz,1443 il bundan öncə insanlar onu görüblər.  O, şəxsi sağ olanda, aşiqləri olub, azda olmayıb, yalnız onu sevənlər o dəyərsiz idi deyə onu tərk etmədilər, özləri dəyərsiz idilər deyə, tərk olundular.  Bunun sübutu o şəxsin yəni Hüseyn ibn Əlinin şəhadətə yetişədən sonra hər bir əqil sahiblərinə subut olundu ki,onu sevənlər özlərini tərk etdilər və yenidən şəhadətindən sonra,dahada vicdana gəlib O, şəxsi sevməyə davam etdilər.  Bizlər fanat deyilik onlar kimi.  Çünki bizim aşiq olduqumuz, dünyada deyil. Amma onların aşiq olduğu dunyadadır. Fərqimiz budur ki, biz aşiq olduğumuzu görmədən və vicdanla sevirik. Onlar dünyada olarkən, yalnız hərəkətlərlə moderinlə sevirlər. Biz sadə sevirik, düzgün sevirik.  Onlarda eşq tükənəndir.  Bizlər Hüseyni zalımlara qarşı savaşan, ədalət rəhbəri görürük.  Bizlər onu sevməsəydə, onun sevəni hər zaman olacaq. Məşhurlar məşhur olmaq üçün bir çox il və yollar kecirlər.  Kimisi bu mərhələyə çatmaq ücün,namusundan,özündən şəxsiyyətindən,bəlkə də insanı cinsiyyətindən və bəziləri hətta dərilərində dəyişirlər ki, ta bəzi insanların sevimlisi olsunlar.  Amma bizim sevdiyimiz şəxs yalnız və yalnız bir şey ücün yola cıxmışdı. O inandığı tanrının razılıqın yerinə yetirmək üçün.  O, öz bədənini, dərisini, şəxsiyyətini dəyişməsədə,onu məcbur və zülm ilə,başını, əlini, qolunu, bədəninin hər bir yerini doğradılar.  Onun hədəfi məşhur olmaq deyildi.   Zatən məşhur idi.  Çünki onu tanımasaydılar, onun başına o insaniyyətə sığışmayan işləri etməzdilər.  Son söz, biz O, insanı sevirik aşiqiyik ki, özünü hec kimə sevdirməyib, biz ona divanə olmuşuq.

    Şeyx Əli Muxtar

    yenivaxt.com