Məhərrəm ayı İmam Rzanın (ə) kəlamında

Məhərrəm ayı İmam Rzanın (ə) kəlamında

Məhərrəm imam Rzanın (ə) kəlamında

Rəyyan ibn Şəbib deyir: “Məhərrəmin ilk günü  İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət  söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Amma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yurdumuza od vurub malımızı qarət etdilər.  Allahın Rəsuluna (s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqdan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək  (ondan) irs qaldı.
Ey Şəbibin oğlu! Əgər (bir şeyə) ağlamaq istəsən Əli oğlu Hüseynə (ə) ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini şəhədətə çatdırdılar ki, onların yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy  və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəlib gördülər ki, o şəhid olub. Ona görə də qəm-qüssəli halda onun pak qəbrinin ətrafına (təyin oldular) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun “Ya Saratəl-Hüseyn” şüarına səs verib  köməyinə tələssinlər.
Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrindən olmaq istəsən bizim qəmimizə qəmgin, bizim şadlığımızda şad ol! Bizi sevməyi və məhəbbətimizi tapşırıram sənə. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu o daşla məşhur edəcək.  ( Üyuni-əxbarür-Rza (ə) c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
2. “Şebi - Əbi Talib” hadisəsi

yenivaxt.com