Misalında Qəzəli

Misalında Qəzəli

Meyl eyləmə dünyayə ki, ə'la misalında.
Dünya malı heçdir, hələ dünya misalında. 

Cənnətdə xəta eylədi Adəm ki, yarandı,
şol cümlə cəhan Adəmü-Həvva misalında. 

Bir dəfə də cəhd eylə ki, ruhu edəsən pak,
bax gör nə gözəllikdi bu təqva misalında. 

Gözlər, o gözəllikləri cananda tapar tək,
rüxsarı gülə, çeşmidə şəhla misalında. 

Yarın rüxunu görsəm əgər səcdə edim mən,
çün şol rüxudur, Məscidül-Əqsa misalında. 

Sorsan ki, əgər söylədiyin yar, nəyə bənzər,
mən söyləyərəm leylətül'əsra misalında. 

Çeşmindən axan göz yaşı bir qətrə düşərsə,
ol zəmzəmü kövsər nə?, bu dərya misalında. 

Xəlq oldu bu aləmlər həmin yarıma xatir,
məna, ona çatmaz belə məna misalında. 

Şövq ilə Əli ismini təkrar edəcək çün,
sən ismini bil, Həzrəti Zəhra misalında.

    Əli Mərdəkanlı

    Yenivaxt.com