Misrin " Darul- İfta " müəssisəsinin " Peyğəmbərə (s) Təvəssül etməyin mümkünlüyü " barədə verilən suala cavabı

Misrin " Darul- İfta " müəssisəsinin " Peyğəmbərə (s) Təvəssül etməyin mümkünlüyü " barədə verilən suala cavabı
Misrin

Misrin " Darul- ifta " müəssisəsinin " Təvəssül " barədə suala cavabı :

Muhamməd Peyğəmbərə (Allahın salamı ona və ailəsinə olsun) təvəssüllün hökmü nədir ?

" Peyğəmbərimizə (Allahın salamı ona və ailəsinə olsun) təvəssül "  şəriətin təsdiqlədiyi bir əməldir və bu danılmaz bir fakt olaraq İslamın ilkin dövrlərində, habelə, ondan sonrakı zamanlarda da, əməl olunmuşdur.  Buna dəlil olaraq Nəsai, Tirmizi və İbni Macənin nəql etdiyi hədisi göstərmək olar :

" Kor bir kişi Peyğəmbərin ( Allahın salamı ona və ailəsinə olsun ) yanına gələrək belə dedi : " Gözlərim kor olub , Allahdan mənim gözlərimin sağalmasını istə " Bu müraciətin qarşılığında  Peyğəmbər (Allahın salamı ona və ailəsinə olsun) buyurur : " Dəstəmaz al və iki rəkət namaz qil və sonra belə de : " Ey Mənim Allahım, Peyğəmbərinlə birgə mən sənnən istəyirəm, sənə üz tuturam, Ey Muhamməd , səninlə gözlərimin sağalmasını istədim, Ey mənim Allahım, Peyğəmbərini mənin istəyim üçün şəfaətçi et" elə bu vaxt, Peyğəmbər (Allahın salamı ona və ailəsinə olsun) ona üzünü tutub belə buyurdu : " Bir istəyin olarsa bu cür dua et və istə " elə o an, Allah, həmin o kor kişinin gözlərini sağaltdı ".

Əl-Mustafa Beynəlxalq Universitet - nin Təbriz mərkəzi

" KƏLAM " Qrupu

yenivaxt.com