Müqəddəs Məşhəd şəhərində şəhidlərimiz üçün tədbir keçirildi.

                                 Allahın adı ilə
yenivaxt.com saytı təqdim edir: İran İslam Respublikasının müqəddəs Məşhəd şəhərində təhsil alan Azərbaycanlı tələbələr tərəfindən İmam Hüseynin (ə) ərbəini və şəhidlərimizin xatirəsi münasibəti ilə xeymə quruldu. Dünyanın müxtəlif ölkələrindən və İran şəhərlərindən İmam Rzanın (ə) ziyarətinə gələn zəvvarlara şəhidlər haqqında məlumat verilərək, şəhidlərimizin xatirələri yad olundu. Həmçinin xeymədə ehsanlar verildi. 

Qeyd edək ki, İmam Rza (ə) hərəminin müdiriyyət heyəti, Beynəlxalq Camiətul-Mustəfa (s) universitetinin Xorasan filalının rəisi və  digər dövlət rəsmiləri də mərasimdə iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət və qazilərimizə tezliklə sağlamlıq versin.