Müqəddəs Ramazan

Müqəddəs Ramazan

Müqəddəs Ramazandan birinci gün

Mübarək Ramazan ayının başlaması, qəlbi Allahın münacatı ilə döyünən bəndələrin sevinc və bərəkət qapılarının üzünə açıldığı, razu-niyaz baharının çiçəklənən çağıdır. Bu günlər münasibəti ilə, universitetimizin müdiri cənab Höccətül-İslam vəl-Müslimin professor Mehdi Bəxtavər öz gözəl çıxışı ilə, bir neçə mövzulara toxunaraq belə buyurmuşdur:

Böyük şəxsiyyətlərin ruhi- mənəvi halı dəyişilməzdir. Onların həyatında hər bir hadisə baş verərsə, dərhal narahat olmaz və tez təsirə qapilmazlar.  Belə bir şəxsiyyətlırdən biri də, İmam Xomeynidir.(r.ə) Böyük alimlərdən sayılan Quçanidən belə nəql olunur ki,  " İmam Xomeyni ilə Seyyid Əli Qazi (r.ə) görüşərkən, o iki alim arasında bir söz danışılmamışdır.  Biz bilmədik nə səbəbə görə belə bir hal yaşandı.  Seyyid Əli Qazi (r.ə) bu görüşdən sonra Onun (r.ə) böyük bir şəxsiyyət olacağı və onun görəcəyi işlər barəsində danışaraq parlaq gələcəyindən xəbər verdi."

Sözünün davamında cənab Professor Bəxtavər, yenidən bu ayın digər aylardan üstün olduğunu təkrar edərək belə söylədi : " Ramazan ayı müqəddəs bir aydır və bu ayda Quran nazil olmuşdur. Bu barədə bir çox qüdsi hədislər nəql olunmuşdur ki , onların birində belə buyurulur : " إنّ اللّه تبارك و تعالى يقول: الصوم‏ لي‏ "

Allah təala belə buyurur:  " Orucun mükafatı mənim öhdəmdədir "

Bu ayın ən gözəl əməllərindən biri isə gecə oyaq qalaraq Allahla danışmaq və Ona ibadətdir. Mübarək Quranın " Səcdə " surəsinin 16-cı ayəsində belə buyurulur :

"تَتَجافى‏ جُنُوبُهُمْ عَنِ الْمَضاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفا  "

"(Gecənin qaranlığında) Yataqlarından qalxar,Rəbbini qorxu ilə və umaraq çağırarlar "

Sonrakı ayədə isə " من قرة اعین " buyuraraq " gözlərə işıq gətirən " mükafatdan bəhs edilir.

Oruc tutanin mənəvi halından bəhs etdikdən sonra, cənab Professor,  şəriətin oruc tutmağın bir neçə hökmü haqda danışaraq düzgün oruc tutmağın qaydasını qeyd etdi.

Hazırladı: Katib

Yenivaxt.com