Müsəlman azlığının müdafiəsi ilə bağlı BMT qətnaməsinin qəbulu

Birləşmiş Millətlər Təşkilatı, ilk dəfə olaraq Rohinca müsəlman azlığına və digər azlıqlara dəstək verən qətnaməni yekdilliklə qəbul edib.

Müsəlman azlığının müdafiəsi ilə bağlı BMT qətnaməsinin qəbulu

"İQNA", "Dhaka Tribune"-a istinadən xəbər verir ki, Myanmada Rohinca Müsəlmanlarının və Digər Azlıqların Vəziyyəti adlı qətnamədə ədalət və insan haqları kimi məsələlərə diqqət yetirilir.

Banqladeşin BMT-dəki səfiri Rübab Fatimə qətnamə ilə bağlı deyib: "BMT-nin ilk dəfə konsensusla qəbul etdiyi qətnamənin qəbulu beynəlxalq ictimaiyyətin Rohinca böhranına son qoymaq üçün güclü iradəsini nümayiş etdirir."

Banqladeş Xarici İşlər Nazirliyinin mətbuat bəyanatında deyilir: "Qətnamə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı (Aİ) üzv dövlətləri ilə birlikdə BMT-yə təqdim edilib."

Qətnamədə üzv dövlətlər Banqladeşi Rohincalara ev sahibliyi etdiyinə, onlara humanitar yardım göstərdiyinə və onları Covid-19 Milli Peyvənd Proqramına daxil etdiyinə görə təşəkkür ediblər

yenivaxt.com