Müsibətlərin ən çətini Şam. Şam. Şam

Müsibətlərin ən çətini Şam. Şam. Şam

İmam Zeynül-Abidin Əli ibn Hüseyn əs-Səccad (ə) əsirlikdə başlarına gələn ağır  müsibətləri danışarkən Nöman ibn Münzər Mədayiniyə buyurdu:
1). Ey Nöman, biz Şam (Dəməşq) şəhərində daxil olanda zalımlər bizi sıyrılmış qılınc və nizələrlə araya almışdılar və nizələrin ucu ilə bizi vururdular. 
2). Bizi şəhərin girişində o qədər saxladılar ki, şəhərin bütün rəqqasları, çalğıçıları, zurnaçıları gəldilər və nağara çalıb, dəf vurub oynamağa başladılar.
3). Şəhidlərin nizələrə taxılmış başlarını qadınlarımız, qızlarımız və körpələrimizin gözü önündə saxlayırdılar. 
Atam Hüseyn (ə) və əmim Abbasın (ə) başını bibilərim Zeynəbin (s) və Ümmü Gülsümün (s) kəcavəsinin önündə, qardaşım Əli Əkbər (ə) və əmim oğlu Qasimin (ə) başlarını bacılarım Səkinə (s) və Fatimənin (s) kəcavəsinin önündə qoyurdular. 
4). Əsirlərin gözləri önündə nizəyə taxılmış başlarla oynayırdılar. Və bu zaman başlar atların ayaqları altına yerə düşürdü. 
  فَکم مِن رأسٍ یُکِبُّ علی وجه الارض بین قوائم المراکب 
5). Şamlılar evlərin damından əsirlərin başına yanar kösövlər, zibilli su, daş və sair atırdılar. Bu zaman od libasıma və əmmaməmə düşürdü və əllərim bağlı olduğu üçün odu söndürə bilmirdim. 
6). Gün çıxandan gün batanadək bizi küçə və bazarda gəzdirir və deyirdilər: Ay camaat, öldürün bu “xarici”ləri, bunların İslam dinində heç bir hörməti yoxdur. 
7). Bizi lüt dəvələrdən düşürdülər, sonra hamımızı bir ipə bağlayıb yəhudi və xristian məhəllələrində gəzdirdilər. Onlara deyirdilər ki, bunlar həmin Əhli-Beytdirlər ki, sizin atalarınızı öldürdülər və evlərinizi xaraba qoyub viran etdilər. İndi siz gəlin və bunlardan intiqamınızı alın! 
یا نعمان بن منذر! فما بقی احد منهم و قد القی علینا من التراب و الاحجار و الاخشاب ما اراد. 
Ey Nöman! Onlardan bizə torpaq, daş və ağac parçası və əllərini keçən hər şeyi atmayan bir nəfər qalmadı! 
8.). Bizi qul bazarına apardılar ki, satsınlar. Amma Allah-Taala bunu onlara nəsib etmədi. (فما جعل الله لهم)
9). Bizə bir viranə və xaraba məkanda yer vermişdilər ki, üstü açıq idi. Gündüz istidən və gecə də soyuqdan əziyyət çəkirdik. Burada aclıq, susuzluq və ölümlə üz-üzə idik. 
(Ayətullah Həbibullah Kaşani, “Təzkirətuş-Şühəda”, c.2, s.363.).

Buna görə də İmam Zeynül-Abidin Əli ibn Hüseyndən (ə) soruşdular ki, Kərbəla hadisəsində sizə ən ağır və çətin müsibət hansı oldu?
أي المصائب كانت أشدّ عليكم في واقعة الطف؟
قال ثلاثا: «الشام، الشام، الشام».
İmam (ə) cavabında buyurdu: Şam, Şam, Şam (-Dəməşq). 
(Xəlil Zamil əl-İsami, “Aşura ensiklopediyası”, c.1, s.250.)

MirMəhəmməd Bəşirov

Yenivaxt.com