"Neftçi"nin Antalyadakı matçları canlı yayımlanacaq

"Neftçi"nin Antalyadakı matçları canlı yayımlanacaq

 "Neftçi"nin Antalyadakı yoxlama matçları canlı yayımlanacaq.

Klubdan Sport24.az-a verilən məlumata görə, bu, "Neftçi TV" vasitəsilə reallaşacaq. Bu məqsədlə telekanalın əməkdaşları da Türkiyəyə yollanıb..

Yanvarın 25-dək Antalyada olacaq Samir Abasovun komandası Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq. "Neftçi" yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk), 24-də isə Bolqarıstanın "MOİK 1948" klubu ilə üz-üzə gələcək.

yenivaxt.com