O,Azərbaycanlı idi.

O,Azərbaycanlı idi.

yenivaxt.com təqdim edir: Qafqaz məntəqəsinin mücahid və fəqih alimlərindən olan Həzrət Ayətullah Seyyid Məhəmməd Badukubeyi (r) Bakının Maştağa qəsəbəsində dünyaya göz açmışdır. İbtidai dini təhsilini məntəqənin alimlərindən almış bu əzəmətli mücahid alim, daha sonra müqəddəs Məşhəd şəhərinin elmi hövzəsində təhsilini davam etdirmişdir. Həmçinin İsfahan və Nəcəf elmi hövzələrində Şəriət İsfahani(r), Axund Molla Məhəmmədkazim Xorasani(r), Seyyid Məhəmmədkazim Təbatəbai Yəzdi (r) kimi böyük ustadlardan dərs almış əzəmətli alim ictihad məqamına yetişmişdir. Təlim-tədrislə yanaşı mədrəsə təsis edilməsinə nail olan mücahid alim, dövrünün istibdad kommunist rejiminə qarşı mübarizəyə qalxmışdır. Ayətullah Şeyx Əbdülğəni Badukubeyinin(r) rəhbərliyi ilə baş tutan mübarizədə ön xəttdə yer alan mücahid alim 1936-cı ildə həbs edilərək 15 il müddətinə Sibirə sürgün edilir. Buna baxmayaraq 5 ildən sonra mücahid alim yenidən Bakıya dönür. Qısa müddətdən sonra yenidən həbs olunan mücahid alim , 9 ay işgəncə və çətinliklərdən sonra yenidən azadlığa çıxdıqdan sonra Ərdəbil şəhərinə hicrət edir. İslami fəaliyyətlərini bu şəhərdə davam etdirən bu böyük mücahid alim Rzaxan istibdad rejiminin diqqətini cəlb edir və hökumət onun siyasi fəaliyyətlərinə görə Təbriz şəhərinə sürgün edir. İmam Xomeyni (r) hərəkatının aparıcı simalarından olan mücahid alim bir çox siyasi-ictimai fəaliyyətlərdə yer almaqla Təbriz şəhərinin böyük alimlərindən hesab olunurdu. O əzəmətli alimdən "Ürvətul-Vusqa kitabına haşiyə" və "Təcridil- etiqad şərhinə haşiyə" əsərləri yadigar qalmışdır. Nəhayət O mücahid rəbbani alim , 1969-cu ildə  Rəbbinin çağırışına ləbbeyk deyərək fani dünyanı tərk edir. Təbriz şəhərinin Vade rəhmət gülzarında dəfn olunan (blok 22, cərgə 62, qəbr 2) əzəmətli mücahid alimi böyük hörmətlə yad edərək uca Allahdan bizlər üçün ruhunun duaçı olmasını diləyirik.

 

Hazırladı: Musa Hüseynzadə

http://yenivaxt.com