Ol yar gözündə mənəm

Ol yar gözündə mənəm

Ol,yar gözündə mənəm istənməyən,Allah.
Pərvanə kimi hey yanaraq sönməyən,Allah

Bir nalə edər dil,ucalar ərşə fəğani,
Səksəndirər aləmləri səksənməyən Allah.

Zülm etmə mənə,qorx gülüm keçməz ahımdan
Öz haqqını ehsan eləyib,dinməyən Allah.

İstərsə o daş qəlbini mum eyləyər əlbət,
Qüdrət dolu,dağə daşa söykənməyən Allah.

Arzum budur,heç düşmənə də mən çəkən qəmi,
Göstərməsin əsla,gözə gorsənməyən Allah.

Söz verdisə Fərdi ölər uğrunda,çəkinməz,
Sevmir axı sözdən dönəni,dönməyən Allah.

    Fərdi Baba

    Yenivaxt.com