Özü

Kimdi məddahi - Əli ? Xaliqi-Sübhanın Özü,
çünki təsdiq eləyib Natiqi - Qur'anın Özü.
Seçdi Peyğəmbər özündən sora Mövla, Əlini.
Dedi : Allah tərəfindəndi bu fərmanın özü.
Mütəşabehdi Əli ilə Nəbiyyül - İslam,
edir izhari - yəqin çün Ali - İmranın Özü.
"Mən yaxın durmamışam Həzrətə heç bir vaxtı, "
" Yoxsa Mömin olaram " söylədi şeytanın özü.
Odur əvvəl, Odur axər, Odur aşkari-nihan,
Ona izhardı təmam elmidə irfanin özü.
Səcdə halında nəmaz üstdə Canın tapşırdı,
Ona bir lütf idi, bəxş eylədi Cananın özü.
Leyletül - Qədridə dünyaya gözün yumdu Əli,
Söylədi Ruhil-Əmin: titrədi imanın özü.
Şükr elə Daima Sədullah, Əli şiəsisən.
Haqqı yaz, əcrini Məhşərdə verər Xanın özü.
Əli Sədullah
Yenivaxt.com