Özümə nəsihət

Özümə nəsihət

Dünya əgər olmuşsa sənə gövhəri-tə'la,
Yetməz hünərin ta olasan bəndeyi-ə'la

Söz dinlə, eşit sözləri ki, həqqə gələrsən,
Gər sahibi dəhri  olasan həm yenə fə'na!

Ey qəlbi təmizlər! Ola bilməzsə ibadət,
Olmaz o könül zülfünə didar güli-rə'na!

Heyhat ! Nədi bu hüsnü-camal aşiqi olmaq?!
Bir zərrə nəcis nütfəsən, əsbab ola illa!

Cismin əzəl olmuş bir ovuc xaki-müsəlla, 
Etmiş "və nəvəxtu" o da "min ruhi"di mə'na!

Oldunsa əgər mey ilə bütxanəyə  həmta, 
Şahid duracaq dəsteyi-bizarimiz hətta!

Gülzari- behişt vəslətinə nail olanlar,
Həsrət qila bu dəhridə  naməhrəmə şəhla!

Ey del,  necədir hicr ilə həsrət yaşayanlar?
Misdaq olaraq kaş deyəsən mislinə si'ma?

Gördün necə tüğyan elədi zülmün əlindən?
Car oldu bütün aləmə ol nehzəti-üzma!

Gər kimsə ola gözləri giryanə Hüseynə,
Vallah olacaq ruzi-qiyam əhlinə lə'la!

Oldunsa Səfər, sahibi-ə'layə müsafir, 
Qalmaq deyil övla içəsən badeyi-üqba

 

                  Səfər Zamani

                                                                                    http://yenivaxt.com