Pakistanda şiə məscidində terror hadisəsini İŞİD üzərinə götürüb

Pakistanın Pişəvər şəhərində cümə namazı vaxtı 56 nəfərin ölümü ilə nəticələnən partlayışı İŞİD üzərinə götürüb.

Pakistanda şiə məscidində terror hadisəsini İŞİD üzərinə götürüb

SalamNews Pakistan mətbuatına istinadla xəbər verir ki, bu barədə terror təşkilatlarına yaxın saytlar məlumat yayıb.

Terror təşkilatı hücumu həyata keçirən kamikadzenin fotosunu yayımlayaraq, “Pişəvərdə şiələrin məbədi”nin gözətçilərinin öldürüldüyü və kamikadze ilə məscidin hədəfə alındığını bildirib.

Qeyd edək ki, bu terror aktı nəticəsində ölənlərin sayı 56-a çatıb və 60-dan çox yaralı var. Ölənlər arasında məscidin imamı habelə bir neçə azyaşlı uşaq var.

İslamTimes.org

Yenivaxt.com