Qəzəl

Qəzəl

Qəzəl


Yenə bayram üzünün nəşəlidir məddahı,
Sönəcəkdir sənə kim baxsa kini, ikrahı.

Necə ki, daş üyünər gözlərinin sehrində, 
Belə xoşluqla üyütməz dəni dən dəzgahı.

Məni haqdan zamanın hökmü sapındırdıqca, 
Dilinin bir salamıynan qılasan islahı.

Onu hər an anıram,mərhəmət eylə Ya Rəbb
Deməsəm də belə hər dəf'ədə bissmillahı.

Dözərəm hicrinə bihudə təsəlliynən ki, 
Evə evdar ola bilməz ürəyin padşahı. 

Göyə ruhum belə sənsiz uçacaq, zənn etmə.
Uca şahinləri dəryaya çəkər iştahı. 

Bütün ömrün boyu, Faxrət, onu vəsf etsən də, 
Yenə sevda dolu qəlbincə deyil izahı.

       

    Faxrət Eldayaq

    yenivaxt.com