Qəzəl

Qəzəl

Qızmar günəşi olan, səhra dərdə düçar düşmüş,
Bülbül qəfəsdə məhbusdur, gülü rəna dərdə düçar düşmüş.

Qeysi eşq etdi dəli, məşuqi cahanda məhşurdur,
Qeyrisin beylə görmədim mən, əsla dərdə düçar düşmüş.

Gör bir nə halə salmlşdır, bəlayi eşq insanı,
Yusifin eşqindən dəli, Züleyxa dərdə düçar düşmüş. 

Görsən halım pərişandır, sorma dərdim səbəb vardır,
Vicudumda bütövlüklə, əza dərdə düçar düşmüş.

Oxlanıb Əbəlfəzlim ətşan ləbiteşnə, qollar düşüb,
Fərat qalmış üzü qarə, səma dərdə duçar düşmüş.

Əli eşqli olan qəlblər, məhşərdə nur saçar sönməz,
Qiyamətdə tapar çarə, dəva dərdə düçar düşmüş.

Gələr qeybdən ağam Mehdi, fasiqlərin kəsər başın,
Carçı bir gün eylər xəbər, nida dərdə düçar düşmüş.

Seyyidi  salmış dərdə, dünyadan kam alan fələk,
Bir xeyli muddətdir çəkir, cəfa dərdə düçar düşmüş.

 

Seyid Mircabir

http://yenivaxt.com