Qeybət və yaxud Tənqid

Qeybət və yaxud Tənqid

Bütün ilahi dinlər insan şəxisyyətinə dəyər verir, onu ilahi xəlifə kimi tanıyır. Biz sonuncu din olan islam dininin hüquq və hüdudlarına baxdıqda, görür ki, islamın önəm verdiyi ən üstün məsələlərdən biri də, insan şəxsiyyətidir. İslam dini bəzi insanların şəxisiyyətini toxunulmaz olaraq bəyan edir.
Allah hücarat sürəsinin on üçüncü ayəsində, inanclı insanlara müraciət edərək, " başqalarının şəxsiyyətinin toxunulmaz olduğun yada salaraq, başqalarının qeybətini etməyi qadağan etmişdir" . 
Ayədə başqasının eyb işlərindən danışmağı, ölü insanın ətin yeməyə bənzədir. Niyə məhz ölü? Niyə qeybət etmək ölü əti yemək kimidir? Qeybət etməkdə istisnalar varmı?  Bizə bütün insanların qeybəti qadağandır və yaxud bəzi insanların qeybətin edə bilərikmi? Əgər qadağan deyilsə kimlərin qeybətin edə bilərik? 

İlk olaraq burda qeybətin mənasın açıqlamaq istəyirəm. 

Qeybət nədir? 

Əxlaq alimlərindən və hədislərdə qeybət haqqında müxtəlif təriflər bizə gəlib çatıb. Biz burada o təriflərdən aldığımız ümumi mənanı sizə çatırırıq. "Qeybət bir nəfərin xoşlamayacağı bir şeyi onun haqqında danışmağıdır." 

Niyə Allah qurani-kərimdə qeybət etməyi ölü əti yeməyə bənzədir?

Çünki ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da, mümkünsüzdür. 
İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır. Bədəndəki ət tədricən artdığı kimi, insanın hörməti də, zərrə-zərrə artır. Hər hansı bir insanın bu sayaq çətinliklə qazandığı hörməti onun qeybətini etməklə bada vermək necə də böyük cinayətdir! 

Qeybətdə istisnalar varmı? 

Altı qrup insanın qüsurlarını, eyiblərini arxasından söyləmək qeybət olmaz: 
1. Ona yazığı gəldiyi üçün söyləmək qeybət sayılmır.
2. Ona mane olunması üçün söyləmək qeybət sayılmır.
3. Fətva almaq üçün söyləmək qeybət sayılmır.
4. Müsəlmanları onun şərindən qorumaq üçün söyləmək qeybət sayılmır.
5. O qüsur ona ad olmuş isə, onu bu ad ilə tanıtdırmaq məcburiyyətində olmaq qeybət sayılmır.
6. Aşkar, hər kəsə bilinən fisqi, bidəti və zülmü söyləmək qiybət sayılmır. 

İnsan niyə qiybət edir ? 

İnsanı qeybət etməyə sürükləyən səbəblər çoxdur. Burada bir neçəsini bəyan edəcəyik.
1.  Ona qarşı düşmənlik hissindən yanında olanların fikirlərinə tabe olmaq düşüncəsi isə qeybət etmək.

2 Sevilməyən bir kimsəni pisləmək, onun şənini alçatmaq. 

3. Özünün o günahda olmadığını bildirmək, üçün qeybət edir ki, mən bu günahı heç vaxt etməmişəm. 

4 . Özünün ondan üstün olduğunu bildirmək üçün qeybət edir ki, məndə bu eyib, və nöqsanlar yoxdur. Həqiqətən helədirmi? 

5. Həsəd aparmaq, insan özündən daha üstün, daha rütbəli birinin qeybətin etməklə, yaxud üzün onun məqamına çatdırmaq istəyir və ya onu öz məqamına gətirmək istəyir. 

6.Yanında olanları güldürmək bəzən hədəf ali olsada vasitələr yalnış olur. İnsanları şad etmək, güldürmək gözəl bir əməldir, amma din başqasının eybin açaraq bu işi etməyi bizə qadağan etmişdir. 

7. Zarafatlaşmaq, bəzən kişi ilə qadının zarafatı zinaya, kişi ilə kişinin zarafatı davaya gətirib çıxarır. 

8 Ona lağ etmək, Allah hər kəsi şəxsiyyət olaraq yaratmışdır. Bəziləri özləri  üçün fəzilət saydıqları, başqaları üçün eyb, bəzəndə başqalarının eyb bildikləri şəxs üçün fəzilət hesab olunur. 

9. Gözləmədiyi insanın haram işləməsinə heyrətini bildirmək, bəzi insanlar hər zaman başqalarının diqqət mərkəzində olurlar. Ona görədə onlarda görünən kiçik bir eyb belə insaların onlar barəsində sui-zənnə düşmələrinə bais olur. 

11. Buna üzüldüyünü, bəzən insanın qeybət etməsi islahatçı xarakter daşıyır. Yəni insan yaxın bildiyi bir insanın eybin danışmağa, onu bu işdən çəkindirmək istəyir. 


12. Ona acıdığını bildirmək, bəzən insan qarşı tərəfdən bir eyb, nöqsan gördükdə, bunu həmin şəxsin üzünə demək cəsarəti tapmadıqda gizlində onun qeybətin etməyə başlayır. 

13. Haram işlədiyi üçün onu sevmədiyini bildirmək. 

Tənqid nədir? 

" Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Tənqid və özünütənqidi inkişaf etdirmək." 

Tənqid adı altında insanları təhqir etmək. 

Günümüzün ən böyük bəlalarından olan tənqid məsələsidir.  Bəzən qarşı tərəfi tənqid edərkən yersiz mübaliğəyə yol verirlər.  Bəzən  sosial şəbəkələrdə yazılan rəylərə, olunan tənqidlərə baxdıqca, sözün əsl mənasında insanın ürəyi ağrıyır. Tənqid adı ilə, insanları söyür, təhqir edirlər, ağızlarına gələni yazırlar. Bizim dinimiz tənqidi qadağan etmir, əksinə Quran-Kərim özü insanları mübarizəyə dəvət edir. Dinimiz dəlil subut dinidir,  kiminsə sözü olduğu zaman dəlil əsasında yazmalıdır. Mədədən danışmaq, cürətin hardan tapırlar insan dəhşətə gəlir.  Uyunul-Əxbara kitabında İmam Rza (ə) məmunun sarayında xristianlarla və digər məzhəb böyüklərinin başçıları ilə etdiyi münazirələr, elmi bəhslərlə yanaşı həm də gözəl bir əxlaq dərsidir. İmam (ə) tənqid etdiyi zaman necədə gözəl şəkildə, ədəblə insanlara haqqı çatdırır... Sözün varsa, ədəblə kiminsə şəxsiyyətin söyməməklə, qeybətin edib abrın aparmamaq şərti ilə, tənqid edə bilərsən. Pusquda durub kiminsə eybi güdüb, qarışqadan fil düzəltmək mərd kişiyə yaraşan hərəkət deyil. 

İlahiyyatçı Fariz Əliyev.
Russia/ Tümen
12.10.2022.

Yenivaxt.com