Qorxuram

Qorxuram

İlahi ! qorxuram.
Əzraili qorxunc sifətdə görməkdən, 
Can verdikdə ruhumun dünyadan ayrıla bilməməsindən qorxuram.
İlahi! qorxuram.
Ğəssalənin soyuq əllərindən, 
bir- bir bağlanan kəfənimin iplərindən qorxuram...
İlahi ! qorxuram.
Tabutda yatmış cansız cismimdən, 
məni qəbrə doğru aparanda insanların ayaq səsindən qorxuram.
İlahi! qorxuram.
Yaxınlarımın məni qəbrə qoyub getmələrindən.
Üzərimə atılan saysız hesabsız torpaqlardan qorxuram.
İlahi!  qorxuram.
Soyuq qəbirdən, səssiz divarlarlardan,
qərib yerdə, tək tənha qalmaqdan qorxuram.
İlahi! qorxuram.
Nəkir, Münkərin suallarından, 
günahlarımdan, puç olan əməllərimdən qorxuram.
İlahi! qorxuram.
Bura dünya kimi deyil, kimi çağırdımsa gəlmədi.
Sənində gəlməyəcəyindən qorxuram.

      Fariz Əliyev

      yenivaxt.com