Qum şəhərində Ayətullah Safi Qolpayeqaninin cənazəsinin müşayiət olunması mərasimi keçirilib

Dünya şiələrinin ali məqamlı təqlid mərcələrindən olan Ayətullahuluzma Safi Qolpayeqaninin cənazəsinin müşayiət olunması mərasimi bu gün İslami İran xalqının izdihamlı iştirakı ilə Qum şəhərində keçirilib.

Qum şəhərində Ayətullah Safi Qolpayeqaninin cənazəsinin müşayiət olunması mərasimi keçirilib

yenivaxt saytı SəhərAzeri saytına istinadən xəbər verir: İranın Qum şəhərində və digər şəhərlərindən xalqın müxtəlif təbəqələri, eləcə də Qum Dini Elmlər Hövzəsinin çoxlu sayda tələbəsi və üləmaları, səhiyyə protokollarına riayət edərək, dünya şiələrinin ali məqamlı təqlid mərcəyi Ayətullah Safi Qolpayeqaninin cənazəsinin müşayiət olunması mərasimində iştirak ediblər.

Mərasimdən sonra bu təqlid mərcəyinin pak cənazəsi dəfn olunmaq üçün Kərbəlayi-Müəllaya aparılacaq.