Rəqəm tarix səhnəsinin əsl üzü deyil

Rəqəm tarix səhnəsinin əsl üzü deyil

 TARİX YAZAN XALQ!

Tarix səhnəsi insanın ömrü yetməyəcək qədərində, oxumaqla bitməyən kitab kimidir. Hər bir millətin, xalqın öz tarixi kitabı vardır. Azərbaycan xalqının da bu tarix səhifələrində sililinməz izi həmişə görülməkdədir. Bəli, bizim qədim, ulu əcdadlarımızın yaşam tərzi, mədəniyyəti, adət- ənənəsi öz təkrarsızlığını qoruyub saxlamış, və gələcək nəsillərə ötürülə bilmişdir. Dinimizlə dilimizlə dünyaya səs salan ana yurdumuz, Azərbaycan uzun əsirlər boyu yenilməz igidlərin, qeyrətli oğulların məskəni olmuş, heç zaman düşmən qarşısında baş əyməmişdir.

Tarix yaradan Azərbaycan milləti öz dövlətçilik ənənəsini də qoruyub saxlamış, xalqına xidmət borcunu daim özünə vəzifə bilmişdir. Hər bir Azərbaycan övladı bilməlidir ki, azad yaşamaq, hürrəyyət qazanmağın yolu, yalnız mübarizədən keçir. Bunu 1918 - ci ildə aydın müşahidə etmək mümkündür. Hələ bu dirçəlişdən öncə, mətbuatda, elmdə, təhsildə dirçəliş tapmış xalqımız, dinimizin bizə tövsiyyə etdiyi vətən sevgisini qəlblərində qoruyub saxlaya bilmişlər.

Baxmayaraq ki, dini siyasətdən ayirmaq cəhdi güdən, gecə- gündüz insanların pak fitrətlərinin tələbi olan əsl müsəlman əqidəsinə qarşı mübarizə aparilirdi, lakin daha bilmirdilər ki, hər nə qədər mənfur niyyətlərinə əməl etdikcə tarixdə bir o qədər qara üzlə yad olunacaqlar. 

ADR-dən alinan hicab, din, milliyyət, hürriyyət, bir gün geri qayıdaraq, haqq məhkəməsinə oturacaq və öz vəzifəsini icra edəcəkdir.

Yaşa AZƏRBAYCAN!!!

HAZİRLADI: KatiB