Ruhu dirildən nəsim

Ruhu dirildən nəsim


Cənab, möhtərəm müdir, Höccətül-İslam vəl-Müslimin, professor Mehdi Bəxtavər Ramazan boyunca söhbətöncəsi şəri hökmlərin izahına başladiği kimi, bu gün də oruc tutanın fiqhi hökmlərindən danışdıqdan sonra belə buyurdu:
Peyğəmbərimizdən (s) bizə gəlib çatan sifarişlərdən biri də Quran barəsindədir. Ramazan ayının ən gözəl sifət və xüsusiyyətlərindən biri də Müqəddəs Quranin  bu ayda nazil olmasıdır. Hər bir təsəvvür olunandan yüksək olan Allah təalanın kəlamı da, yəni, Quran da, ən uca məqama sahibdir. Ayələrdə " inzal " ifadəsindən istifadə edilməsi, Onun bir dəfəyə, yəni, bir anda nazil olmasına işarədir.  Ərəb dilini və lüğət elmini bilməklə, Quranın mənasına diqqət edərək, bizlər, biz tələbələr, gözəl nümunəvi və incə nöqtələrdən istifadə edərək, həyat gedişatımızı daha yaxşı şəklə sala bilərik.

Sözünün davamında cənab professor bu mübarək ayın üstün xüsusiyyətlərindən sayaraq belə buyurdu : "Ramazanın əxlaqi cəhətdən tərbiyəvi təsirlərindən biri də, özünü qoruyub saxlamaqdır. Belə isə, bu ayı qənimət bilək. Ömrü fürsət bilib axirət azuqəsinə hazırlaşmaq haqda məsum İmamlardan (ə)  nəql olunan hədislərdə olduğu kimi " إنَّكُمْ أَخْرَبْتُمْ آخِرَتَكُمْ وَعَمَّرْتُمْ دُنْياكُمْ " yəni, " sizlər axirətinizi itirir və dünyanızı yaşayırsınız " .
İnsan, öz hidayəti üçün bəzən, ustada və yol göstərənə ehtiyacı olur, lakin bu o demək deyil ki, insan buna nail olmadıqca ümüdsüzlüyə qapılsın. Bu barədə Ayətullah Hairi Yəzdi ( r )-in bir xatirəsi var. O Nəcəfdə olduğu müddətdə İrana gəlmək istəmirdi, çünki bilirdi ki, əgər gələrsə cəmiyyətdə hər hansı mövqeyi, şan şöhrəti artar və beləcə nəfsi istəklərinə qapılmasindan qorxurdu. Üç ay Nəcəfdə və 3 ay da Kərbəlada hər gün Əhli Beytdən ( s) yardım və yol istəyirdi ki, vəzifəsinə əməl etsin. Elə o vaxt İmam Hüseyni (s) yuxusunda mərhum Hairiyə ( r) bir cavanin Onu (ə) ziyarət edəcəyini və əlamətlərini deyərək ondan kömək ala biləcəyini dedi. Mərhum Hairi (ə) eyni bu hadisəni İmam Hüseyni ( s) ziyarət edərkən görür və ziyarətdən sonra o cavanın arxasınca gedir. Ona çatdıqda salam verir və ilk sözü bu olur " əmmaməm burovuzdur[1] " bir az getdikdə, yenidən belə dedi " əbam da belədir ". Bir qədər getmişdik ki, bir mənzilə rast gəldik, həmin cavan üzünü mənə tutub dedi ki " nə üçün ardimca gəlirsən ? nə isdəyirsən ? " Mən də olub bitən hadisələri ona danışdım. O, bu sözlərdən sonra məndən sabah səhər vaxtda bura, mənzilinə gəlməsini istədi. Mən də, səhəri gün dediyi vaxtda mənzilə getdim, yaxınlaşanda evdən sızıltı səsi eşidirdim. Evə daxil olduqda qoca bir xanımın ağladığını gördüm, nə olduğunu soruşduqda həmi cavanın elə təzəcə dünyadan getdiyini dedi. Mən bu hadisədən dünən ki, dediyi sözlər yadıma düşdü. Yəni hər şeyimiz müvəqqətidir, bizim deyil. Elə biz də bir gün buranı tərk edəcəyik.

Sonda cənab ustad xeyir dua ilə məclis iştirakçıların amin səsi ilə sözlərini bitirdi.

Hazırladı : KATiB

[1] Müvəqqəti istifadə üçün götürülmüş