Rusiya Azərbaycan Respublikasının müttəfiqi olur

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Rusiya Azərbaycan Respublikasının müttəfiqi olur

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Kremlin yaydığı məlumatda deyilir ki, İlham Əliyevin Moskva səfərində Vladimir Putin və İlham Əliyev Müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayacaqlar.

"Fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti  İlham Əliyevlə danışıqlar aparacaq. Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır”, - Kremlin hesabatında qeyd edilir.

Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Bildirilir ki, danışıqların yekununda Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik  münasibətləri haqda Bəyannamə imzalanacaq. Sənəd iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracaq.

Görüşdə Rusiya Sülhməramlılarının Azərbaycan Respublikası ərazisində ciddi tənqidlər və etirazlara səbəb olan fəaliyyətinin də müzakirə ediləcəyi barədə heç bir məlumat yayılmayıb.