Səud rejiminin qələbə çalmaq şansı yoxdur - TƏHLİL

İslam İnqilabının Aliməqamlı Rəhbəri son çıxışında Səud rejiminə fürsəti itirməməyi və müharibəyə son qoymağı tövsiyə etdi. Bu açıqlama müzakirə obyektinə çevrilib.

Səud rejiminin qələbə çalmaq şansı yoxdur - TƏHLİL

yenivaxt SəhərAzeri saytına istinadən xəbər edir: Həzrət Ayətullahül-uzma Xamenei Yəməndə son atəşkəs təşəbbüsünü çox yaxşı adlandırıb və əlavə edib: “Əgər bu razılaşma sözün həqiqi mənasında həyata keçərsə, davam edə bilər və Yəmən xalqı şübhəsiz ki, özlərinin və liderlərinin səyləri, cəsarəti və təşəbbüsü sayəsində qalib gələcəkdir. Və Allah-Təala da bu məzlum xalqa kömək edəcəkdir.”

Səudiyyə koalisiyasının Yəmən xalqına qarşı müharibəsi səkkizinci ilə keçib. Bu müddət ərzində səudiyyəlilər və onların Birləşmuş Ərəb Əmirliklərindən olan tərəfdaşları Yəmən xalqının müqavimətini qıra bilməmişlər, əksinə Yəmən ordusu və xalq komitələri düşmənə sarsıdıcı zərbələr endirərək, pilotsuz uçuş aparatları, ballistik raketlər və qanadlı raketlərdən istifadə edərək cavab hücumları həyata keçirirlər.  

Bu arada aprelin 2-dən BMT-nin təşəbbüsü ilə həyata keçirilən atəşkəsdən sonra Səudiyyə koalisiyasının hava hücumlarını və dəniz mühasirəsini daha da genişləndirməsinə baxmayaraq, Yəmən Milli Qurtuluş Hökuməti xalqın mənafeyini nəzərə alaraq atəşkəs rejiminə əməl etməyə davam edir.

İslam İnqilabının Aliməqamlı Rəhbəri Səudiyyə Ərəbistanının Yəmənlə bağlı strategiyasının mənasızlığını və Səudiyyə rejimi və BƏƏ-nin bir neçə ildir Yəmən xalqına qarşı apardığı müharibənin puç olduğunu nəzərə alaraq, səudiyyəliləri bataqlıqdan çıxış yolu tapmağa çağırıblar. Bu baxımdan, onun fikrincə, Yəməndə son atəşkəs münaqişə tərəfləri arasında dialoqun başlaması və Yəmən müqavimətinə qarşı nəticəsiz müharibəyə son qoyan fürsət sayıla bilər.

Əlbəttə, Səudiyyə rejiminin Yəmən müharibəsində atəşkəsi qəbul etməsinin bir neçə səbəbi var, o cümlədən Səudiyyə rejiminin Yəmən müharibəsində qalib gəlməkdən məyusluğu, Yəmən ordusu və xalq komitələrinin amansız PUA və raket hücumları nəticəsində Səudiyyə Ərəbistanı və BƏƏ-nin təsisat və bazalarının vurulması Ali-Səud rejiminin faktiki olaraq ağ bayraq qaldırmasına gətirib şıxarmışdır. Əslində, Səudiyyə koalisiyası və onun Qərb himayədarlarının Ənsarullah qüvvələrinin artan çəkindirici gücünü və düşmənin strateji mərkəzlərinə və obyektlərinə hücum etmək qabiliyyətini, habelə beynəlxalq mühitdə baş verən son hadisələri nəzərə alaraq, atəşkəsi qəbul etməkdən və siyasi danışıqlara başlamaqdan başqa yolu yoxdur.