Saray mollalarına cavab

Saray mollalarına cavab

Saray mollalarına birdən-birə nə oldu?

Son günlər cəmiyyətdə yeni hadisələr gündəmə gəldi.  O hadisələrdən biri də, məscidlərə covid19 pasportu və 50 nəfərdən çox olmamaq şərti ilə, məscidlərə daxil olmağa icazə verildi.  Bu sözlər cəmiyyətdə yayılmağa başladı.  Hətta  indiyə qədər heç bir dini məsələdə dövlətin əleyhinə söz deməyənlər də, birdən-birə hamısı 14 yaş məsələsində sosial şəbəkədə əjdahaya dönüblər.  Hətta müqavimət cəbhəsinə irad tuturlar ki, siz niyə bu məsələdə dövlətə etiraz etmirsiniz.  Birinci sual budur ki, müqavimət cəbhəsi 20 ildən artıq meydanda olan zaman da, siz harda idiz? 
İkincisi mənə maraqlıdır, hicab kimi qeyrət məsələsin də, məscidlər dağıdılan da, İmam Hüseyn (ə) bayrağı, Aşura və Ərbəin mərasimləri qadağan edilən də, Nardaran da, möminlər şəhid ediləndə, sadaladığımız məsələlərdə susub, şəhidləri radikal adlandıranlar, prezidentə səs toplayanlar, minbərlərdə xalqa lay- lay çalıb xalqı yatıranlar, nə oldu ki, birdən- birə meydana çıxmaq qərarına gəldilər?
Öz də hamısı birdən. Yaxşısından yamanına qədər.  Olmaya bununla itirilmiş heysiyyətlərini bərpa edib, yeni hiylə və yeni planlar üçün xalqın etimadını qazanmaq istiyirlər? Olmaya,  İsrail sizə yeni tapşırıqlar verib?
Unutmayın, siz bu gedişlərinizlə düşüncə qabiliyyətini itirmiş və öz axirətlərini Allaha yox, sizə etibar edən bir qrup şəxsiyyətpərəstdən başqa heç kəsi inandıra bilməyəcəksiniz.  Əgər hələ bu cür bir fikirləriniz varsa.  Hərçənd ki, mən inanmıram saraya bağlılığı olan bir şəxs, bu fikrə düşsün. Çünki, yediyi haram tikələr ona imkan verməz ki, haqq sözü dilinə gətirə bilsin.

 

İlahiyyatçı Allahyar Ağalarov

http://yenivaxt.com