Sehr nədir?

Sehr nədir?

Sual: Sehrin mahiyyəti ve həqiqəti nədir?
Sehrbazlar hansı yollardan istifade edərək, bele təəccüb gətirən işləri yerine yetire bilirlər? 

Cavab: Sehr insanlar arasında, olan bir sıra elmlərdəndir ki,onun dəqiq yaranma tarixi və baş verməsinin necəliyi bizə məlum deyil. Bizə bu qədər məlumdur ki o, qədim elmlər sırasındadır. 

                               Sehr nədir?
Sehrin lüğətdə mənası:
Sehr lügətdə müxtəlif mənalarda işlənmişdir. Sehr ərəb dilinə məxsus sözdür ki, onun fars dilində tərcüməsi cadudur. Qamusul mühitdə deyilib: Sehr o şeylərdi ki, onun səbəb  və mənşəyi dəqiq və aşkar mənasındadır. Ebnil Mocem ibni Farisdə "o şey ki, haqq və həqiqəti yalan ve gizlin göstərər"mənasında gəlmişdir.[1] 

              Sehrin növləri 

 Sehr iki hissəyə bölünür: 

1. Söz və kəlimə vasitəsi ilə olan sehr. 

2. Rəftar və əməldə olan sehr. 

Sözlə olan sehr  hərf ve kəlmə vasitəsi ilə, insanı  heyrətə gətirəcək vəziyyəti yaratmaq, yaxud insanda xəstəlik vucuda gətirmək və yaxud, onun xəstəliyini sağaltmaqla olur. Kəlimələrdən olan sehrin  özü də iki cür baş verir. 

1.Sözləri şifahi oxumaqla.
2.Sözləri kağız və bunu kimi şeylərin üzərinə yazmaqla.
Rəftardan olan sehr xüsusi iş və əməllərin vasitəsi ilə, yaranan qeyri adi işlərdi ki, onunda müxtəlif bölümləri var. 

Sehrin mənşəyinə görə olan hissələri 

Sehr yaranma səbəb və mənşəyinə görə bir neçe hissəyə bölmək olar. Biz aşağıda onların bəzilərini qeyd edəcəyik: 

1. Təlqin vasitəsi ilə olan sehrlər. 
Keçmişdə insanlara hər hansi işi etdirmək üçün ona, həmin düşüncəyə, təlqin yəni dəfələrlə ona bu fikir təlqin olunurdu. Bu günümüzdə onun həqiqəti bizlərə hələdə gizlindir.  Məsələn: sehrə süni yuxu, hipnotizm, telepati ve başqasın misal vurmaq olar. 

2.Insanlar arasında söz gəzdirməklə, şirin və xoşa gələn sözlərdən istifadə edərək, qəlbləri bir-birinden uzaqlaşdırmaq, yaxud onu bir-birinə yaxınlaşdırmaq. Bu işidə  sehrin digər növlərindən biri olaraq  adlandırmaq olar. 

3.Günümüzdə bir qrup alimret maddələrdə olan fiziki və kimyəvi təsirləri kəşf  edir və təbii elmdə ondan istifade edərək, bəşəri heyrətə gətirici işlər görürlər. Keçmişdə olan sehrbazlar da, maddədə olan bu xüsusiyyətlərdən istifade edərək izləyiciləri özlərinə çəkirdilər. 

4. Sehrin digər hissəsini xüsusi məharət göstərməklə “göz bağlamaq” adlandırmaq olar. Buna sirkdə keçirilən proqramları göstərmək olar.  Diqqət eləsək görərik ki, aparıcılar öz məharətlərindən insanların qəlb və ağıllarını ələ alır, onları özlərinə cəzb elətdirirlər. 

Nəticə:
Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, sehrlərin hamısı batil və təsirsiz deyil. Çünki bəzi sehrlər vardır ki, biz onun təsirini müşahidə edirik. Bu təsir, insanın ruhundan kənar və xaricdə olsada, amma təsirlərin çoxusu, insanın ruhu və mənəviyyatınadır.     Birini digərinə bağlı və asılı eləmək  ücün, çox vaxt ruha təsir qoymaq, ona hakim olmaqla olur. Bunu da, qeyd edək ki, günümüzdəki təcrübəli psixoloqların qəlbləri cəzb eləmək üçün etdikləri işlər, sehrbazların etdiyi işlərindən o qədərdə fərqlənmir.(demək olar ki, aralarında  oxşar cəhətlər çoxdur). 

Bu dediklərimiz sehrin mahiyyəti haqqda olan izahi idi.  İndi isə ona Quran və sünnətdə   nəzər edək. Quran və sünnətdə sehrdən istifadə etmək, şiddətli dərəcədə qadağa olunmuş, hətta, küfrlə bərabər tutulmuşdur.
Peyğəmbərimiz (S) buyurub: üç qrup heç vaxt cənnətə daxil olmazlar. İçki icənlər, sehrbazlar, nəsəbi yaxınlarla əlaqəni kəsənlər.[2]
 

[1]. Ensari,Murteza, El Mekasib
[2] Seyx hürr Amili Vesailus şiə. 

    İlahiyyatçı İlkin Məmmədov

    yenivaxt.com