Nöqtəmizin vergülü

Nöqtəmizin vergülü

Yaxşıya yaxşı demək,
pisə pis demək,
heç birinin elə bil,
xeyri yoxdu aləmdə .
Axı bəzən pis də,
pis demir özünə ?!.
Ən gözəli çəki ilə,
düzən verməkdi sözünə !?.
Ucalmaqdı pillə-pillə,
tərəzinin gözünə.
Yaxşını da pisi də,
Yaradıb Allah.
Allah bilir əzəldən,
insan necə,
gün qazanır özünə.
Allah bilir insanın, 
yaxşısı nə- pisi nə.
Ona görə də, 
ey insanlar ,
bir az da böyütməyə,
çalışmayın
dünyada,
yaxşı-pisi.
Xeyir gətirməyib o,
bəşəriyyət evinə.
Olanı da yox edib,
alıbdır əlimizdən.
Ən gözəli,
dəliyə, 
ağıllı deməkdir elə !?.
Yoxsa bələd olmarıq,
biz bu uzanan yolun,

dağına-dərəsinə.
Düzəliş edə bilmərik,
hər cümlənin başında,
vergülünə-nöqtəsinə.
Düşərik hər dəqiqə,
yalan dolu sözlərin,
çox ucuz əməllərin,
mənasız kəlmələrin,
fitnəsinə-felinə .
    

  Elsevər Məsimli

  yenivaxt.com