Seneqal və Misir yığmaları da yarımfinala yüksəldi

Seneqal və Misir yığmaları da yarımfinala yüksəldi

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Yenivaxt Sport24.az  saytına istinadən xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə Misir və Mərakeş yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran misirlilər yarımfinala vəsiqə qazanıblar. Seneqal millisi isə Ekvatorial Qvineya yığması ilə oyunda inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Daha öncə Kamerun və Burkina Faso yığmaları da yarımfinala vəsiqə qazanmışdılar. Beləliklə, Afrika Millətlər Kubokunda finala vəsiqə uğrunda Burkina Faso millisi Seneqalla, Misir yığması isə Kamerunla mübarizə aparacaq.

Afrika Millətlər Kuboku

1/4 final

29 yanvar

Qambiya – Kamerun 0:2

Qol: Ekambi, 50; 57.

Burkina Faso – Tunis 1:0

Qol: Oattara, 45+3.

30 yanvar

Misir – Mərakeş 2:1

Qol: Salah, 53. Trezeqe, 100 – Bufal, 7-pen.

Seneqal – Ekvatorial Qvineya 3:1

Qol: Dyedyu, 28. Kuyate, 68. Sarr, 79 – Buyla, 57.