Sevgiyə aldanma

Sevgi ölümdü bəlkə,
sevmək ölməkdi bəlkə...
Yox ürəyim
Yox sən belə düşünmə !?.
Sevgi elə yaşamaqdı,
Sevgi həyat yükünü,
çiynində daşımaqdı,
uca dağlara kimi,
barlı bağlara kimi,
ancaq bəzən sevginin,
qarı,tufanı olur.
Bəzən səni,
qaldırır göy üzünə,
sonra da o nöqtədən,
döndərib yerə vurur.
Bəzən aldanış olur,
bəzən də yalan olur.
Dönür birdən əfi,
ilan olur sevgi.
Qızılın üstündə yatmış
ilandı sevgi.
Aldanma sevgiyə,
dəlicəsinə,
yazıqsan balam,
yalandı sevgi.
Nağıllarda əfsanə,
həyatda həqiqət...
Göydən düşən üç alma-
Səni məndən geci tezi
alandı sevgi.
Bir az həqiqətdisə ,
bir az da
elə yalandı sevgi.
Elsevər Məsimli