Sionist hərbçilərlə fələstinli gənclər arasında şiddətli toqquşma baş verib

Fələstin mediaları Qüdsün şərq hissəsində fələstinlilərlə sionistlər arasında şiddətli toqquşmadan xəbər veriblər.

Sionist hərbçilərlə fələstinli gənclər arasında şiddətli toqquşma baş verib

yenivaxt səhərazeri saytına istinadən xəbər verir:  Toqquşma sionist rejim hərbçilərinin işğal olunmuş Qüdsün şərq istiqamətində yerləşən «Əbu-Dis» qəsəbəsinə basqınından sonra baş verib.

Fələstin mediaları bildiriblər ki, sionist hərbçilər fələstinliləri dağıtmaq üçün gözyaşardıcı qazdan və hərbi güllələrdən istifadə ediblər.

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin bölgələrinə qarşı dünənki hücumunda bir qrup fələstinli həbs edilib.