Sirr söyləmək

Sirr söyləmək
Sirr söyləmək, bəyənilməyən ictimai, əxlaqi əməllərdəndir və həmçinin dinimiz bizi qətiyyətlə bu əməldən çəkindirir.
Mümkündür ki, hər bir kəs, həm öz sirrini,həm də başqalarının sirrini açıb deyə və heç də gizli deyil ki, bu pis xüsusiyyət fərdi və ictimai toplumun məhvinə səbəb olsun və beləcə, cəmiyyətə böyük ziyan vurmuş olsun.
Sirr açmağın pisliyi:
İmam Əli (ə.s)buyurur: " Sirr söyləmək xəyanətdir.¹
ألإذاعة خيانة
İslam baxışında " sirr açan şəxs " və Məsumlarin (ə.s) bu barədə buyurduqları :
İmam Əli(ə.s) kəlamlarından:
1.Bir şəxs, ona deyilən sirri başqalarına açsa,xəyanət etmişdir.²
من أفشى سرّا إستودعه فقد خان
2.Sirrini açan sənin işini korlayar .³
مَنْ أَفْشَى سِرَّكَ ضَيَّعَ أَمْرَك
3.Hər kəs başqalarının sirrini açmaq istəsə,Allah da onun sirlərini açar.⁴
مَنْ بَحَثَ عَنْ أَسْرَارِ غَيْرِهِ أَظْهَرَ اللَّهُ أَسْرَارَه
Sirri açmağın zərərləri:
İmam Əli(ə.s)-ın nurlu kəlamlarından :
1.Başqasının sirrini açmaq,insanın məhvinə səbəb olar.⁵
إِفْشَاءُ السِّرِّ سُقُوط
2.Hər kəs öz sirrini başqalarına açsa, amanda olmaz.⁶
لَا يَسْلَمُ مَنْ أَذَاعَ سِرَّهُ
3.Sənin sirrin sənindir, lakin başqalarına açsan səni özünə əsir edər.⁷
سِرُّكَ أَسِيرُكَ فَإِذَا أَفْشَيْتَهُ صِرْتَ أَسِيرَه
4.Sinəsində sirri olmayan kəs, heç vaxt amanda olmaz.⁸
لَا حَزْمَ لِمَنْ لَا يَسَعُ سِرُّهُ صَدْرَه
1.Ğurərul-hikəm,c.1
2.Ğurərul-hikəm,c.1
3.Ğurərul-hikəm,c.1
4.Ğurərul-hikəm,c.1
5.Mizanul-hikmət,c.5
6.Ğurərul-hikəm,c.1
7.Mizanul-hikmət,c.5
8.Ğurərul-hikəm,c.1
Tərcümə etdi: Məryəm Vahabzadə
Redaktor: Katib
yenivaxt.com