Siyasi cərəyanlar xalqa necə təsir bağışlaya bilər?
İmkan qədərində öhdənizdə olan ölkənin gələcəyi üçün daha önəmli məsələlərə diqqət yetirin. Sizlər bunu daha yaxşı bacara bilərsiniz.

Gənc nəslin gələcəyə töhvəsi
Artıq yarım əsirə bərabər olduqca çətin mübarizə demək olar ki, bütün xalqlara öz tarixini yazmağa sövq etmişdir. Bəli, həm şərqi və həm də qərbi lərzəyə salan və İslam düşmənlərinə bir an belə olsun aramlıq verməyən İslam İnqilabı. Bu inqilabın rəhbərləri heç zaman dünyanı öz zülmü ilə başdan başa dolduran istismarçı və işğalçı qüvvələr qarşısında boyun əyməmiş daim İslamın məzlumun himayəsinə qalxmışlar. Bəs biz gənclər öz gələcəyimizi zalım düşmən əlinə verməmək üçün nə etməliyik? mən bir gənc olaraq nə edə bilərəm ki, dinimin qarşısında öhdəmdə olan vəzifəmə əməl edə bilim?
Bu suallar hər bir azadlıq sevər üçün cavabı həmişə axtarılan suallardır. Belə isə, cavabını azadlıqsevərlərin rəhbərindən, Hz. Ayətullah Əl-Uzma Seyyid Əli Xamenei (Allah onu hifz etsin) cənablarının çıxışında tapmaq olar. O, öz çıxışında belə deyib:
" Təbii ki, hər kəsin müxtəlif siyasi məsələlərə, ölkənin siyasi dairələrinə, ayrı-ayrı şəxslərin mövqelərinə, çıxışlarına öz baxışları var və belə olduqda onun siyasi nəzəri formalaşır. Bunun heç bir eybi yoxdur. İnsan həm də nəzər sahibi olmalıdır. Mən də həmişə bu məsələni diqqətə çatdırıram ki, insan siyasətçi olmalı, siyasi təhlili bacarmalıdı. Bu isə, dünyada baş verən siyasi cərəyanların mahiyyətinin anlaşılmasına və nəticədə xalqın müqavimətli olmasına səbəb olur. Başqa sözlə anlayır ki, onu nə gözləyir , hadisələr ona necə təsir göstərəcək, belə olduqda o nə və necə etməlidir. Bunlar xalq üçün olduqca əhəmiyyətlidir. Çox sevindirici haldır ki, xalqımız siyasi şüur və düşüncə sarıdan öncül xalqlar sırasındadır. Amma bu ikitirəlik və mübahisə yaradacaq yanaçmadan çox fərqlidir. Belə hallardan çəkinmək lazımdır və imkan qədərində öhdənizdə olan ölkənin gələcəyi üçün daha önəmli məsələlərə diqqət yetirin. Sizlər bunu daha yaxşı bacara bilərsiniz.
Təhsil və Maarif Nazirliyi əməkdaşları ilə çıxışından
17/06/2002
yenivaxt.com