Təhsil

Təhsil ərəb mənşəli söz olmuş, “həsələ” sözündən alınmışdır. Həsələ sözünün əsl mənası “bir şeyin sabit olmasıdır”
[1] Görkəmli lüğətşünas Rağib İsfəhani təhsil sözünü belə izah edir: “təhsil xalisi xalis olmayandan çıxarmaqdır. məsələn qızılı mədəndən çıxarmaq kimi”.
[2] Nəticə olaraq belə demək olar ki, ümumi mənada zəhmətlə ələ gələn hər bir şeyin təhsilə ehtiyacı vardır. Təhsilin terminaloji mənası isə:təhsilin lüğəvi mənadan aldığmız nəticəyə əsasən elmin təhsili deyildikdə, onu zəhmətlə ələ gətirilməsi nəzərdə tutulur, yəni təhsil sadə yolla deyildə, yalnız dərin elmi təhqiqatdan sonra ələ gələn məlumata təhsil deyilir. İzahlı lüğət kitablarında təhsili belə izah etmişlər: “Oxumaqla elm və bilik əldə etmə” və ya “oxumaq nəticəsində əldə edilən biliklərin məcmusu” kimi mənalandırılmışdır. Təhsil almış, oxumuş insana isə təhsilli deyilir. Buna görədə təhsil geniş anlayışdır. Təhsil, tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilik alma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmunu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.
TƏHSİLİN SƏBƏBİ
Həyatmızda gördüyümüz işlərin bir çoxunun səbəbi elə işin özünün səbəb olmasıdır. Bir çox işlərin səbəbi insanın fitri ehtiyaclarından qaynaqlanır. İnsana demək olmaz ki, sən niyə gözəliyi sevirsən? Bunun məntiqli açıqlaması olmadığı kimi, təhsil məsələsidə belədir, insanın təhsil dalınca getməsi onun sağlam fitrətindən qaynaqlanır. Bir sözlə təhsilin səbəbi insanın kamilliyə qovuşması, insan ruhunun qidasının əsaslı vitaminlərindən biri olmasıdır. Digər tərəfdəndə insanda olan maraqlanmaq, həqiqət axtarışı onu hər zaman təhsilə tərəf çəkməkdədir. Təhsilin ictimai səbəbi isə cəmiyyətə xidmət etmək vəzifəsinin insanda oyaq olmasıdır. Təhsil insanın cəmiyyətin kamilləşməsi və azadlığı üçün öz fərdi rahatlığının üzərindən xətt cəkməsindən başlayır. Tarix buna şahiddir ki, cəmiyyətin dərdinə yanan insan boş və mənasız işlərlə ömürünü başa vurmaz.
TƏHSİL ALMAQIN HƏDƏFİ
Təhsilin fəlsəfəsini müəyyənləşdirilməsi tarixən filosoflar arasında bir mənalı fikir olmamışdır. Buna görədə məşhur filosofların bu barədə olan fikirlərin sizlərə təqdim edirik.
Konfutsi təhsili bələdçi adlandırırdı. Bu fikirə əsasən təhsilli insan bəşəriyyət və öz cəmiyyəti üçün “bələdçilik” rolunu oynayır. Bəllidir ki, yol göstərən, ilk öncə özü yolun istiqamətini bilməlidir.
Platonun fikirincə isə təhsilin hədəfi filosof hökmüdar yaratmaqdır. Platonun fikirinə əsasən təhsilli insan sadəcə bilikli insan deyil, bəlkə təhsilli insan biliyini praktiki olaraq cəmiyyətdə əmələ qoymasından kecir.
Siseron Mark Tullinin fikrinə əsasən isə təhsil insanları zülümün boyunduruğundan azad edən bir vasitədir. Deməli təhsilli insanın hədəfi özünü və insanları zülümdən xilas etməkdən ibarətdir. Bəllidir ki, özü zalım olan bir insan zülümlə mübarizə apara bilməz. Təhsil boyu rüşvətlə imtahanlardan kecən bir insan ilk adımda özü zalımdır.
Jefferson təhsilin məqsədini gənclərə azadlıqlarına diqqət yetirməyi öyrətmək olduğunu düşünürdü. Bu fikirə əsasən isə təhsilli insan ilk növbədə öz azadlığını qoruyub sağlamalıdır. Təhsil aldığı mühüt onun fikirlərini və əməllərini robotlaşdırarsa, belə bir insan özü əsir olduğu halda, digərlərinə heç bir azadlıq bəxş edə bilməz.
Məhəmməd Qəzali təhsilin hədəfi barəsində gənclərə belə vəsiyyət etmişdir:
“Ey gənc! Təhsil yolunda gecələr oyaq qalıb səhərə qədər kitab oxumaq və elmlə məşğul olursan. Səni buna nə təşviq etdiyini bilmirəm. Əgər məqsədiniz maddi-mənfəət, var-dövlət qazanmaq, insanlar arasında nüfuz qazanmaqdırsa, boş bir işlə məşğul olursan, heyflər olsun, yenədə heyflər olsun. Lakin sənin təhsildə olan hədəfin ilahi dini canlandırmaq, ruhunu pak saxlamaqdırsa, afərin olsun sənə, afərin olsun sənə. Deyilən bu fikiri bir cümlədə ifadə etmək istəsək, təhsilin hədəfi insanlıq yolundan olan hər növ maneə və əngəllərin təhsil vasitəsi ilə götürülməsidir.”
TƏHSİLLİ OLMAQ BÖYÜK RUH İSTƏYİR
Şübhəsiz çalışqanlıq yüksək ruhun, tənbəllik isə cılız ruhun nişanəsidir. Şair demişdir:
İradə və əzmini yüksəlt ki, tarixin böyük şəxsiyyətləri yüksək iradə və əzmlə ucalıblar.
Buna görədə insan hansı yolda olursa-olsun, həyatın bu dəyişməz qanunu ilə, qarşılaşmalı olacaqdır! Elm yolunda edilən səylər müxtəlif olur. Bəziləri yalnız attestat almaqla kifayətlənir. Amma bəzən elmin heç bir hədd-hüdudu ilə, qane olmayan insanlarla da qarşılaşırıq. Belə şəxslər özlərini təhsilə həsr etmiş, həyatlarını elmi kəşf və yaradıcılıqlara bağlamışlar. Məslələn: Sərvət əldə etmək üçün insanların çalışqanlığı heç də bərabər deyildir. Bəziləri azacıq da olsa, sərvət toplamaq üçün səy etmirlər. Onları yalnız qarınlarının tox olması maraqlandırır. Bir qarın çörəkdən ötrü nökərçilik etməyə də hazırdırlar. Hətta bu yolda rüsvay olmağa da razı olurlar. Bu cür insanlar bəzən sərvət toplamaq üçün iş dalınca gedən insanları təhqir edir, onlara rişxəndlə gülürlər. Görəsən bunlar dünya malından əl çəkmiş və yalnız mənəviyyatları ilə məşğul olan zahidlərdirmi? Əlbəttə belə deyildir. Dünyapərəst və həris insan, tənbəl şəxslərdən daha üstün və daha şəxsiyyətlidir. Heç bir çalışqanlığı olmayan insan məzəmmət olunmağa daha layiqdir. Təhsil dalınca gedən hər bir insan öncəliklə öz ruhu tutumunu böyütməlidir, cılız insan nə qədər elmi olsada bir o qədərdə cahil və nadan olacaqdır. Ruhun böyük olması, cismin zəhmət çəkməsinə səbəb olur. Elə buna görə də böyük ruh sahibləri həmişə zəhmət içində olmuşlar. Tarixin fatehlərindən olan İsgəndər də belə şəxslərdəndir. O rahatlıqla yaşasaydı, İsgəndər ola bilməzdi. Nadir şah da əgər rahat yaşasaydı, Nadir ola bilməzdi. O, bəzən on günlərlə ayaqqabısını ayağından çıxarmırdı. Belə insanlar, artıq rahat yorğan-döşəkdə yatıb ləzzətli xörək yeyə bilmirlər. Hansı sahədə olursa-olsun, böyük ruha yiyələnən şəxslər cismi rahatlıqdan məhrum olacaqlar.
Elm və təhsilin çiçəklənməsində müstəsna rolu olan Məhəmməd peyğəmbər (s) mübarək kəlamlarının birində belə demişdir:
مِدادُ الْعُلَماءِ افْضَلُ مِنْ دِماءِ الشُّهَداء
"Alimin mürəkkəbi şəhidin qanından üstündür"
Bəlkədə, mürəkkəbin üstün olma səbəbi Alimin qələmi ilə Şəhidlərin düşüncə və amallarının cəmiyyətə çatdırılmasıdır. Alimlərin mürəkkəbləri quruduqda şəhidlərində qanları qurumuş olar.
[1] Maluf Luyis “əl-Müncid”
[2] Rağib İsfahani “əl-Müfrədat”
Tural Salmanov