Ukraynanın itkiləri yeniləndi

Rusiyanın müdafiə Nazirliyi Ukrayna ordusunun tələfatı barədə yeni məlumat yayıb.

Ukraynanın itkiləri yeniləndi

yenivaxt saytı SəhərAzeri saytına istinadən xəbər verir: Rusiya MN-in yaydığı məlumatda bildirilib ki, ötən sutka ərzində operativ-taktiki aviasiya və raket qüvvələri tərəfindən Ukraynanın 64 hərbi obyektinə zərbə endirilib

Məlumatda deyilir ki, Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli havadan buraxılan raketlərlə Donbassdakı Ukrayna qoşunlarının zirehli texnikasını yanacaq ilə təmin edən Starokonstantinov və Xmelnitski rayonlarında yerləşən iri yanacaq anbarlarını məhv edib.

Son sutka ərzində həmçinin " İsgəndər" raketləri ilə Donetsk vilayəti Kamenkada iki böyük raket və artilleriya silahı anbarı məhv edilib. Ukrayna-Belarus sərhədi yaxınlığında, Tümen yaxınlığındakı Rivne vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsi hava döyüşü zamanı vurulub.

Məlumata əsasən, ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri ilə bir sutka ərzində İzyum, Nova Kaxovka, Donetsk, Nikolaev, Berdyansk, Qorlovka, Luqansk və Rubijne bölgələrində Ukraynanın 10 pilotsuz təyyarəsi məhv edilib. Ümumi olaraq əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 124 təyyarə və 77 helikopter, 214 hava hücumundan müdafiə sistemi, 321 PUA, 1752 tank və digər zirehli texnika və 734 silah-sursat məhv olunub.