Vüqar Biləcərinin qəzəlinə nəzirə

Vüqar Biləcərinin qəzəlinə nəzirə

Vüqar Biləcərinin qəzəlinə nəzirə

Müjgan oxunu sinəmə yar atdığı yerdə, 
Oxda necə ox güllər açar batdığı yerdə. 

Allaha yaxınlaşdırar üşşaqi hər addım, 
Məşuqinə yəqin qovuşar çatdığı yerdə.

Dərk eylə görərsən ki, edir Allaha səcdə, 
Göydən düşən hər damlanın islatdığı yerdə.

Şeytan ilə hər kim ki, əgər etsə ticarət,
Məğlub olar imanın ona satdığı yerdə.

Çox qəlb möhürləndi çəkildi gözə pərdə,
Dünyanı bəşər cənnətə oxşatdığı yerdə.

Cənnətdən uzaqlaşdırlıb buğdadan ötrü, 
Nəfsi babamız Adəmi aldatdığı yerdə. 

Var Baqidə ol kərbübəla niyyəri YARƏB,
Al canın Əlinin ağası yatdığı yerdə.

Hər kəlməsini anlayıram indi Vüqarın,
Yox bizlərə yer cahil at oynatdığı yerdə.

          ƏLi Baqi

          yenivaxt.com