"Xalqın dini hisslərinə diqqət yetirilsin!"

İran Elmi Hövzələrin rəhbəri Azərbaycan Respublikası hakimiyyətinə səslənərək, onu xalqın din hisslərinə diqqət yetirməyə çağırıb.

"Xalqın dini hisslərinə diqqət yetirilsin!"

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir:  Nüfuzlu din xadimi Ayətullah Ərafi öz müraciətində bildirib: "İranın dini hövzəsi və İslam ümməti gözləyir ki, orada müqəddəsliklərin təhqir edilməsinə görə üzr istənilsin."

Cənab Ərafi həbsdə olan bəzi tələbə ruhanilərin aclıq etiraz aksiyasına işarə ilə deyib: "Azərbaycan Respublikasının bizə əziz tələbə və ruhanilərdən, dini rəhbərlərindən bir qrupu həbsxanadadır. Son vaxtlar Hacı Tale və əzizlərimizdən bir qrupu ağır bir etiraz aksiyasına başlayıblar. Məqsəd orada müqəddəsliklərin təhqir edilməsinə etirazdır. Azərbaycan Respublikası dövlətindən gözləyirik ki, xalqın dini hisslərinə diqqət yetirsin."

O əlavə edib: "Bilsinlər ki, bizim dini şəxsiyyətlərimiz İslam dünyasının bir məntəqəsindən olsalar da, bütün İslam ümmətinə məxsusdurlar. Gözləntimiz budur ki, bu iradlar aradan qaldırılsın. Dostlarımız da öz həyatlarının qorunması üçün addım atsınlar. Onlar İslam ümməti və Azərbaycan Respublikasının gələcəyidirlər."