XALQIN VƏZİFƏSİ İMAMLARIN DÖVRƏSİNDƏ YIĞIŞMAQ İDİ

XALQIN VƏZİFƏSİ İMAMLARIN DÖVRƏSİNDƏ YIĞIŞMAQ İDİ

Ümdə məsələ və müşkül xalqın imamların hər birini düzgün şəkildə tanımamasıdır. Bütün imamlar bu nöqteyi-nəzərdən məzlum olmuşlar. Xalq onları bəşəriyyətin yeganə nicat verənləri kimi tanımırdılar. Həqiqətdə isə onlar Allah tərəfindən xalqa imam, rəhbər seçilmişdilər ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra ümmətin rəhbərliyini əllərinə alsınlar. İslam ümmətinin vəzifəsi pərvanə kimi imamların dövrəsinə fırlanaraq münafiqlərin hiyləgərlik planları, fəaliyyət və əməllərinin qarşısını almaq, nəticədə zalımları, küfr rəhbərlərini tarix tullantılarının içinə atmaq idi.

İmam (əleyhis-salam)-ın xalqa rəhbərliyi və onlarla rabitəsi hökm edən və hökm olunan kimi olmalı idi. Üstəlik Allah imamlar (əleyhis-salam)-ın xalqı hansı yolla olursa olsun, qılınc gücünə özlərinə tabe etdirmələrini deyil, xalqın özlərini imamların əmrinə tabe olmasını istəmişdi.

Allah hökm etmişdi ki, imamlar xalqın dalınca getməsinlər, əksinə, bu vəzifəni xalqın öhdəsinə qoymuşdu ki, hidayət edən imamların ardınca gedərək onları özlərinə rəhbər seçsinlər.

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Əli (əleyhis-salam)-a buyurdu:

Sən Kəbə Evi kimi ol; qoy xalq sənə tərəf gəlsin, sən isə heç kəsə tərəf getməyəsən.

Buna görə də, Həzrət Əli (əleyhis-salam)-ın beş illik hakimiyyəti dövrü bizim mövzumuzun əyani şahididir. Belə ki, Həzrətin rəhbərliyinin əvvəlindən hökumətinin sonuna kimi camaat onun sözünə qulaq asmırdı. Lakin o Həzrət təkcə nəsihətlərlə kifayətlənir, camaata aid olan hökmlərində əsla zorakılığa əl atmırdı. Çünki bu qanunlara əməl etmək, xalqın şəri vəzifəsi idi.

Həzrət Əli (əleyhis-salam)-dan sonra İmam Həsən (əleyhis-salam)-a beyət etdilər, o da qəbul etdi. O Həzrət xalqın Müaviyə ilə müharibəyə meylli olmadıqlarını, ürəklərinin Müaviyəyə tərəf yönəldiklərini görəndə naçar qalıb sülhü qəbul etdi.

İmam Hüseyn (əleyhis-salam)-ın dövründə isə, Kufə camaatı onu dəvət edib dedilər: Ey Allah Rəsulunun oğlu! Biz sənin rəhbərliyini qəbul etməyə hazırıq və beyət xəbərini sənə göndəririk. Bağlarımız yaşıllaşıb, meyvələrimiz yetişibdir. Müaviyə dünyadan gedib, münasib şərait yaranmışdır. Əgər bizim dəvətimizi qəbul etməsən, onda biz sənə hüccəti tamam etmiş oluruq.

Buna görə də, Həzrət onların dəvətini qəbul etdi və Kufəyə yola düşdü. Lakin Kufə camaatı əhd-peymanlarına vəfa etmədilər, Yezidə beyət edib imamla müharibəyə başladılar. Nəhayət, məzlum imamı, onun tərəfdarları ilə birlikdə şəhadətə yetirdilər.

Bütün bunlar camaatın vəfasızlıqlarını göstərirdi. Özü də bir dəfə deyil, dəfələrlə təkrar olunmuş, bu dəfə isə ən faciəli şəkildə sona çatmışdı. Aşura faciəsindən sonra imamlar bir daha xalqın zahirdə atəşin, batində isə puç, yalançı şüarlarına əhəmiyyət vermədilər.[1]

[1]Biharül-ənvar, 52-ci cild, səh.372

İmam Həsən (ə) İmam Hüseyn (ə) kitabından

SEYYİD MƏHƏMMƏDHƏSƏN MUSƏVİ KAŞANİ

yenivaxt.com