Xanım Məsumənin (ə) mövludu münasibəti ilə

Xanım Məsumənin (ə) mövludu münasibəti ilə

Gecənin zülmətinə sanki doğub nurlu səhər,
Hamı paylar bu səbəbdən nə qədər şirni, şəkər.
Olmasın bəs bu günü kimsədə qəm, qüssə, kədər.
Həzrəti Fatimə binti Musa dünyayə gəlib.

Çağırırlar Xanımın şəhri-Tusa  qardaşını,
Bu səbəbdən tuta bilmirdi Xanım göz yaşını.
O Hicazdan köçərək, Qumda qoyub baş daşını.
Vətənindən duraraq qardaşa həmsayə gəlib.

Çil-çıraqli hərəmi bir yaraşıqdır şəhərə,
Yenə gəlmək diləyər kim ki, gələr bircə kərə.
Elə bil Həzrəti-Haqqın tərəfindən bu yerə,
Bibi Məsumə Xanım qəlbləri əhyayə gəlib.

Məhzərində eləyim mən ağalıqdan nə səda?
Hərəmində neçə alim uyuyur misli gəda.
Hacətim var yenə səndən nə olar eylə əda.
Fərz elə təşnə biri sahili-dəryaya gəlib.

 

Seyid Hüseyn Fəqir

http://yenivaxt.com