Xocalı

Xocalı

Nə qədər şəhidlər verdi Xocalı,
qiyamət günündə, ozü söyləyər.
Günahsız körpələr, başı bəlalı,
dil açar şəhidlər, özləri deyər.

Heç yaddan çıxarmı o, gün, o, gecə,
hər evdə ağlayan, körpənin səsi,
ucalan göylərə bütün o gecə,
ağlayan, sızlayan, körpə naləsi.

Qaranlıq gecədə, qarlı boranda,
o titrək bədənə dəyən güllələr,
nə idi günahı, görən o anda,
qovulan evindən, yalın körpələr.

Xocalı azadlıq adını deyən,
dünyaya səs salan, odlu diyardır.
Əyninə şəhidlik, libasın geyən,
Azəribaycana, bir iftixardır.

Ey mənim vətənim, ucadır yaşın,
qəhraman nə qədər, vardı evladın.
Ucalır göylərə ucalan başın,
şəhidlər qoynunda, yazılıb adın

Canımda fədadı vətənim sənə.
Təki sən qəm yemə, qurbanın olum.
Nə qədər igidlər yetirib yenə,
dolanım başına heyranın olum.

Yaşadan torpağı, hər bir oylağı,
Mübariz, hünərli  igidlərin var,
ucaldan göylərə, ulu bayrağı,
ölümə dik baxan, Şəhidlərin var.

Nə qədər vətən var, şəhidlərdə var,
Şəhidsiz vətənin, nədir dəyəri.
Azəri oğludur, MirCabir ey yar,
Əbəlfəz aşiqi, eşqin sərvəri.

          MirCabir

         yenivaxt.com