Zelenski: Bundan sonra NATO-ya yalvarmayacağam

Ukrayna prezidenti ölkəsinin NATO-ya üzv olmaqdan vaz keçdiyinə eyham vurub.

Zelenski: Bundan sonra NATO-ya yalvarmayacağam

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Vladimir Zelenski “ABC Nyus” telekanalına müsahibəsində deyib ki, NATO-ya diz çöküb yalvarmayacaq. 

Onun sözlərinə görə, NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil. Belə bir şəraitdə Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. "Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, - deyə Vladimir Zelenski bildirib.